Accessibility links

Adam Şiff: Tramp-Zelenski danışığı barədə məlumat sızdıran şəxs kəşfiyyat komitəsində ifadə verəcək


ABŞ Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin demokrat sədri Adam Şiff deyib ki, Tramp-Zelenski telefon danışığı barədə məlumat sızdıran şəxsin komitə qarşısında ifadə verməsinə dair razılıq əldə edib.O, komitənin dinləmələr və çağırışlar üzrə operativ iş apardığını bildirib.

Bu və daha iki komitə bu həftə dinləmələrə başlayır. Dövlət Departamentinin Trampın Ukraynadakı işləri ilə əlaqədar rəsmiləri ifadə verəcək.

İddialara görə, Tramp Zelenskidən telefon söhbəti zamanı 8 dəfə ABŞ prezidentliyinə demokrat namizəd Co Baydeninin oğlu barədə araşdırma aparılmasına çağırıb.

Mənbələrə istinadən bildilirib ki, Tramp Zelenskinin vəkili Rudolf Culiani ilə Baydeni kölgəyə salacaq araşdırma ilə bağlı əməkdaşlıq etməsini istəyib.

Bu iddialar Konqresdə impiçment araşdırmasının başladılmasına yol açıb.

Ukraynanın xarici işlər naziri Vadim Prıstayko deyib ki, Ukrayna belə bir mövqedə ola bilsə idi də, ABŞ siyasətində tərəf tutmazdı.

ABŞ Prezidenti Donald Tramp barəsində informasiya ötürərək onu “günahlandıran” şəxslə görüşmək istədiyini deyib.

Tramp sentyabrın 29-da sosial mediada bir neçə post paylaşaraq informasiya ötürən, eləcə də həmin şəxs “bu informasiyanı qanunsuz verən”lə görüşmək istədiyini deyib, informasiya sızdıranın onu “günahlandırdığını” yazıb.

Tramp Ukrayna prezidenti ilə telefon danışığının, habelə Bayden və onun oğlu Hanterə qarşı korrupsiya ittihamlarının "tamamilə münasib" olduğunu deyib. Lakin administrasiya bu ittihamlarla bağlı sübut irəli sürməyib.

XS
SM
MD
LG