Accessibility links

Çikaqo məktəblərinin müəllimləri tətil keçirir


Birləşmiş Ştatların məktəblərin çox olduğu üçüncü ən böyük bölgəsini təmsil edən Çikaqo Dövlət Məktəblərinin həmkarlar ittifaqı ştat rəhbərliyi ilə danışıqlarda razılıq əldə edə bilmədikdən sonra tətilə başlayıb.

Müəllimlərin işi dayandırması 361,000 şagirdin dərslərinin ləğvi demək olub. Lakin tətil zamanı məktəb binaları şagirdlər üçün açıq olub.

Şagirdlərə səhər və nahar yeməyi veriləcək.

Məktəbdən sonrakı idman, əlavə dərslər və ekskursiyalar kimi bütün fəaliyyətlər ləğv edilib.

Şəhərin 500-dən çox məktəbinin müəllimləri səhər saat 6:30-dan başlayaraq yürüş keçirməyi, sonra isə şəhərin mərkəzində mitinq keçirməyi planlaşdırıb.

Bu tətil Birləşmiş Ştatların məktəb bölgələrində məktəblərə vəsait və maaşların artırılması tələbi ilə elan edilib.

XS
SM
MD
LG