Xristofor Kolumbun Çikaqonun Qrant Parkındakı heykəli italyalı tədqiqatçının abidəsini dağıtmağa çalışan etirazçılarla polis arasındsakı toqquşmadan bir həftə sonra, cümə günü qaldırılıb.
Heykəlin götürülməsi üçün böyük qaldırıcı krandan istifadə edilib. Cümə axşamından cümə gününə keçən gecə saat 3-də heykəl qaldırılmasını izləmək üçün parka bir grup insan toplaşıb. Bölgədə bir neçə yük maşını görülsə də, heykəlin hara aparılacağı məlum olmayıb.
Heykəlin qaldırılması planı barədə məlumatlar ilk dəfə cümə axşamı Chicago Tribune qəzetində yer alıb. Heykəl qərarın tərəfdarları ilə əleyhdarları arasında saatlarla davam edən səsli qarşıdurmalardan sonra qaldırılıb.
İyulun 17-də də etirazçılarla polis arasında qarşıdurma baş verib. Polis onları fişəng, daş və digər əşyalarla hədəf alan etirazçılara qarşı dəyənəklərdən istifadə edib və onları həbs edib.
"Bu heykəl Kolumbun əsl tarixini və nəyi təmsil etdiyi bilən qaradərililər və yerli xalqları təmsil edən fəalların səyi nəticəsində qaldırılır" deyə, Çikaqo sakini Stefan Kuyevas Kayzaquano Chicago Sun-Times qəzetinə bildirib.