Accessibility links

Şikayətçilər Pompeonun nitqi və heyətdə dəyişikliklər səbəbindən Amerikanın Səsinin direktorunun istefasını tələb edir


26 jurnalist Amerikanın Səsinin direktorunun istefasını tələb ediblər. Onların bu tələbi hökumət rəsmiləri ilə xəbər agentliyi arasında qoruyucu redaksiya divarının pozulmasına və bir neçə jurnalistə qarşı öz peşə borclarını yerinə yetirdiklərinə görə əks-ölçülər götürülməsinə dair iddialar fonunda Amerikanın Səsinin yüksək profilli jurnalistlərindən birinin vəzfəsinin dəyişdirilməsindən sonra irəli sürülüb.

İctimaiyyətə açıqlanan bəyanatda Direktor Robert Rayli və onun müavini Elizabet Robbins Amerikanın Səsinin jurnalist kodunu pozmaqda ittiham olunurlar. İttiham onların Dövlət Katibi Mayk Pompeonun çıxışının canlı yayımlanmasını təşkil etməklə və vəzifəsini tərk etməkdə olan Pompeodan sual soruşmağa çalışan Amerkanın Səsinin Ağ Ev müxbirinin vəzifədən uzaqlaşdırılması ilə nəticələnən yüksək rütbəli hökumət rəsmisinə Amerkanın Səsinin kanallarında sərbəst platforma verməsinə əsaslanır.

Hökumətdən şikayətçilərin qorunmasına məsuliyyət daşıyan gəlirsiz Hökumət Cavabdehlik Layihəsi (GAP) qurumu ABŞ Qlobal Media Agentliyinə (USAGM), Amerikanın Səsinin rəhbərliyinə, Xüsusi Müvəkkil, Baş Müfəttiş Ofisinə və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə və digər qanunvericilərə məlumat verib ki, məktubu imzalayan şəxslər qorunan şikayətçilər kateqoriyasına daxildir.

Amerikanın Səsinin Vaşinqtondakı baş qərargahını tərk edərkən Dövlət Katibi Mayk Pompeodan sual soruşmağa cəhd etdikdən bir neçə saat sonra 2003-cü ildə Amerikanın Səsində çalışmağa başlamış Patsi Vidakusvaraya deyilib ki, onun vəzifəsi dəyişdirilir.

Öz nitqində vəzifəsini tərk etməkdə olan Pompeo USAGM-in icraçı direktoru Maykl Pakı onun rəhbərliyi altında aparılan dəyişikliklərə görə alqışlayıb. O, həmçinin Honq Konqdakı demokratiya uğrunda nümayişləri işıqlandırdıqlarına görə bir qrup Amerikanın Səsinin jurnalistini alqışlayıb.

Vidakusvara həmin işıqlandırmada iştirak etdiyinə görə nüfuzlu Burke Mükafatına layiq görülən heyətin üzvü olub.

Amerikanın müstəsnalığından və Amerikanın Səsinin buradakı rolundan bəhs edən çıxışın ardınca Pompeo agentlyin direktoru Robert Rayli ilə qısa sual-cavab sessiyası keçirib. Rayli həmin sessiyada agenıyiin əsasə xəbər şöbəsinin təqdim etdiyi sualları soruşmayıb.

Dövlət Katibi tədbirdən sonra binadan çıxarkən Vidakusvara Pomeo və daha sonra Raylidən suallar soruşmağa cəhd göstərəndə Rayli onun sual vermək mövqeyində olmadığını deyib.

Amerikanın Səsinin jurnalistlərinin imzaladıqları bəyanatda Rayli və Robinsin dərhal istefa verməsi tələb olunur.

“Jurnalist olaraq bizim işimiz həqiqəti təqib etməkdir – hətta qeyri-rahat və çətin olsa da, suallar soruşmaqdır. Cənab Rayli öz vəzifə borcunu yerinə yetirmədiyi halda Ağ Ev üzrə müxbir Patsi Vidakusvara tədbirdən sonra Katib Pompeonu suala tutmaqla öz peşə borcunu yerinə yetirməyə çalışıb,” bəyanatda deyilir.

Bəyanatda həmçinin Amerikanın Səsinin mərkəzi xəbərlər üzrə direktoru Yolanda Lopezin yeni rola keçirilməsi sual olunur. Onu bu vəzifədə 21 illik jurnalist karyerası dönəmində müxbir və redaktor qismində çalışmış Luis Ramirez əvəzləyib.

Amerikanın Səsinin direktorları heyətdə dəyişikliklər etmək səlahiyyətlərinə malikdirlər. Sözçü işçi heyət üzrə məsələləri şərh etmədiyini bildirib.

XS
SM
MD
LG