Accessibility links

Mayk Pompeo: Dünyaya Amerikanın Səsinin azadlıq çağırışı lazımdır


Mayk Pompeo Amerikanın Səsində
Mayk Pompeo Amerikanın Səsində

VAŞİNQTON - "Amerikanın Səsinin azadlığa ucadan çağırışı indi həmişəkindən daha çox lazımdır,” deyə ABŞ Dövlət Katibi Mayk Pompeo Amerikanın Səsinin baş qərargahına səfəri zamanı bildirib.

1942-ci ildə təsis olunduğu gündən həqiqət carçısı kimi tanınan xəbər agentliyinin missiyası haqda danışan Pompeo dünya boyu milyonlarla insanın dürüst informasiya üçün Amerikanın Səsinə üz tutduğunu vurğulayıb.

“Onların hökumətləri yalnız yalan və propaqanda ilə məşğul olurdular. Amerikanın Səsinin dinləyiciləri həqqət istəyirdilər,” deyə Pompeo tarixin müxtəlif dönəmlərində informasiya blokadasının yarılmasında xəbər agentliyinin oynadığı müstəsna rolu təsvir edib.

“Sizin burada Amerikanın Səsində mandatınız birmənalıdır – dəqiq, obyektiv, hərtərəfli olmaq və Amerikanı təmsil etmək,” deyə Pompeo azadlıq və demokratiya ideallarının dünya boyu təşviq edilməsinin bu mandatın fundamental hissəsi olduğunu bildirib. “Çünki Amerikanın mahiyyəti həmişə azadlıq və demokratiyanı yaymaqdır.”

Dövlət Katibi Mayk Pompeo Amerikanın Səsinin Direktoru Robert Raylinin suallarını cavablandırır. Vaşinqton. 11 yanvar, 2021.
Dövlət Katibi Mayk Pompeo Amerikanın Səsinin Direktoru Robert Raylinin suallarını cavablandırır. Vaşinqton. 11 yanvar, 2021.

Dövlət Katibi bunun heç də hər şeyin düzgün edildiyi anlamına gəlmədiyini vurğulayıb. “Ona görə də bizə indimiz və keçmişimiz barədə həm iftixarlı, həm də təvazökar olmaq lazımdır. Bizə həqiqət lazımdır ”

O, Amerikanın dünya boyu rəqiblərinin bunun əksini iddia etdiklərini söyləyərək Çin Kommunist Partiyasının Amerikada Corc Floydun faciəvi ölümündən sui-istifadə etmək cəhdlərinə diqqət çəkib və guya avtoritar rejimin Amerika demokratiyasından daha üstün olduğunu sübut etməyə çalışdığını deyib.

Çində kommunist rejimin fundamental haqları kobudcasına və sistematik şəkildə pozduğunu deyən Pompeo Amerika ilə Çin arasında mənəvi ekvivalentliyin olmadığını söyləyib. Amerikanın qüsurlarını və çatışmazlıqlarını nəzərdən qaçırmamağa çalışan baş diplomat eyni zamanda Amerikanın Səsinin “Pekində və Tehrandakı avtoritar rejimlərə” platforma verməməli olduğunu söyləyib. O, avtoritar rejimlərin propaqanda maşınına qarşı mübarizədə Amerikanın Səsinin və ABŞ Qlobal Media Agentliyinin tərkibindəki digər qurumların oynadığı rolun əhəmiyyətini vurğulayıb.

Dövlərt Katibi Mayk Pompeo öz nitqində ABŞ Qlobal Media Agentliyinin rəhbərliyinə qarşı onun xəbər şəbəkəsini propaqanda alətinə çevrimək cəhdinə dair tənqidlərə toxunaraq götürülən ölçüləri müdafiə edib.

Onun sözlərinə görə Tramp administrasiyası Amerikanın Səsinin missiyasında “reorientasiya” aparmağa çalışır və agentliyin qeyri-siyasiləşdirilməsinin vacibliyini vurğulayıb.

Pompeo agentliyin rəhbəri Maykl Pakın Amerikanın Səsinin bəzi təhlükəsizlik məsələri ilə bağlı lazımi ölçülər götürmədiyinə görə və missiyadan bəzi məqamlarda kəınar düşdüyünə görə iddialarını müdafiə edib.

O, bəzi hallarda, ələlxüsus Çin Xalq Respublikasından bəzilərinə lazımi yoxlanılma aparılmadan Amerikanın Səsində işləmək üçün J-1 visa verilməsi praktikasına son qoyulmasına haqq qazandırıb.

Öz nitiqində Pompeo xəbər agentliyində çalışan bir qrup jurnalistin nitqin canlı yayımına qarşı çıxmasını tənqid edib.

Hökumət Cavabdehlik Layhəsi çərçivəsində bir qrup etirazçı jurnalistin göndərdiyi məktubda Pompeonun çıxışının canlı yayımının Amerikanın Səsinin qanunlarına, qaydalarına və siyasətinə zidd olduğu vurğulanıb.

“Vəzifəsini tərk etməkdə olan Dövlət Katibinin geniş əhatə olunmuş mövzularda edilən çıxışının yayımlanması Amerikanın Səsinin Tramp administrasiyasının son günlöərində siyasi propaqanda üçün istifadə olunması kimi görmək lazımdır,” məktubda deyilir.

Pompeo həmin məktubu senzura cəhdi kimi tənqid edərək "ləğv mədəniyyətinin" social mediada və universitet kampuslarında geniş yayıldığına diqqət çəkib.

“Bunlar hamısı bir istiqamətə yönəlib – mənəvi haqlılıq donuna bürünmüş avtoritarizm,” Pompeo deyib.

“Həqiqət onun işığa çıxması üçün ağrılara tab gətiriləndə qalib gəlir,” deyə Birləşmiş Ştatların ilk prezidenti Corc Vaşinqtondan sitat gətirən Mayk Pompeo Amerikanın dünyaya həqiqət gətirəndə işıq da gətirdyini bəyan edib.

Nitqin ardınca Amerikanın Səsinin Direktoru Robert Rayli Pompeo ilə sual-cavab sessiyası keçirib. Sual-cavab sessiyasında Rayli və Pompeo siyasi azadlıqların qorunması və xarici siyasətdə üzləşilən başlıca problemləri müzakirə ediblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG