Accessibility links

AXCP fəalının şikayəti təmin edilməyib


Fevralın 11-də Sumqayıt Apellyasiya Məhkəməsi 30 sutka inzibati həbsə məhkum edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şamaxı rayon təşkilatının sədri Zahir Məmmədlinin apellyasiya şikayətini təmin etməyib.

AXCP-nin məlumatına görə, müdafiə tərəfi Zahir Məmmədlinin barəsində inzibati həbs qərarının əsassız sayılması və sərbəst buraxılması barədə şikayət verib.

Məlumatda deyilir ki, məhkəmə prosesində iştirak etmək üçün Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısına gələn AXCP fəallardan bir neçə nəfər Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb. Saxlanılanlar iki saatdan sonra sərbəst buraxılıb.

Zahir Məmmədli fevralın 5-də Şamaxı şəhərində (Bakıdan 120 kilometr qərb) saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsini (polisin qanuni əmrinə tabe olmamaqda) pozmaqda ittiham edilib.

AXCP-nin məlumatına görə, yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqlə bağlı indiyədək 50-yə yaxın partiya fəalı saxlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG