Accessibility links

Şimali Amerikada isti hava 100-dən çox insanın ölümünə səbəb olub


Şimali Amerika qitəsinin Şimal Qərb bölgələrində yaşanan rekord isti hava səbəbindən 100-dən çox insan həyatını itirib. ABŞ-ın Oreqon və Vaşinqton ştatlarının, habelə Kanada-nın Britaniya Kolumbiyası vilayətinin rəsmiləri yüksək temperaturun insanlarda hipotermiya yaranmasına səbəb olduğunu xəbər verir.

ABŞ-ın Oreqon ştatının rəsmiləri çərşənbə günü ştat boyu 63, o cümlədən Multnomah mahalında 45 nəfərin isti hava səbəbindən öldüyünü xəbər verir.

Bölgənin səhiyyə rəsmisi ştatın ən böyük şəhəri Portlandın yerləşdiyi Multnomah mahalında 2017-2019-cu illər ərzində cəmi 12 nəfərin hipotermiyadan öldüyünün qeydə alındığını bildirir.

Portland və Vaşinqton ştatının Sietl şəhərində ötən cümə günündən indiyə kimi 46 dərəcə selsi temperatur qeydə alınıb.

Kanadanın Vankuver şəhərininin polisi isə cümə günündən indiyə qədər 65 nəfərin öldüyünü xəbər verir.

Rəsmilər araşdırmaların getdiyini deyərək ölüm sayının arta biləcəyini xəbər verir.

Ötən bazar günü Kanadanın Britaniya Kolumbiyası bölgəsinin Litton şəhərində 46,6 dərəcə selsi temperatur qeydə alınıb. 24 saat sonra - bazar ertəsi isə temperatur 47,9-a yüksəlib.

Çərşənbə günü bir çox sahilyanı ərazilərdə temperatur nisbətən aşağı düşüb.

BMT-nin Ümumdünya Meteoroloji Təşkilatı, həddindən artıq istinin “atmosferik bloklama qanunauyğunluğu”-ndan qaynaqlandığını və bunun da geniş bir ərazidə “istilik günbəzinə” - hər iki tərəfin aşağı təzyiqlə sıxışdığı yüksək təzyiq sahəsinə səbəb olduğunu xəbər verir.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG