Accessibility links

Şimali Koreya sualtı qayıqla ballistik raketini (SLBM) sınaqdan keçirib


Cənubi Koreya ordusunun verdiyi məlumata görə, Seul özünün SLBM sınağını keçirməsindən cəmi bir ay sonra, çərşənbə axşamı Şimali Koreya sualtı qayıqla ballistik raketini (SLBM) sınaqdan keçirib.

Şimali Koreyanın sınaqlarını izləyən Cənubi Koreya ordusu Şimalın yerli vaxtla saat 10:17-də şərq sahillərindəki bir bölgədən SLBM olduğu ehtimal edilən qısamənzilli ballistik raket atdığını bildirib.

Cənubi Koreyanın Yonhap xəbər agentliyinin bildirdiyinə görə, 60 kilometr yüksəkliyə qalxan raket təxminən 430-450 kilometr məsafəni qət edib.

Sınaqların vaxtı diqqət cəlb edir. Keçən ay Cənubi Koreya SLBM-ni uğurla sınaqdan keçirən səkkizinci ölkə oldu. İki gündən sonra isə Cənubi Koreya özünün ilk kosmik raketini buraxmağa hazırlaşır.

Cənubi Koreya bir neçə yeni raket, ölkə istehsalı olan döyüş təyyarələri və hətta ilk təyyarə gəmisinin planlarını özündə cəmləşdirən iddialı bir müdafiə modernləşdirmə planı həyata keçirir. Analitiklərin fikrincə, 28 mindən çox ABŞ əsgərinə ev sahibliyi edən Cənubi Koreya öz müdafiəsi üçün daha çox məsuliyyət daşımaqla yanaşı, regional işlərdə daha böyük rol oynamağa çalışır.

Cənubi Koreyanın hərəkətlərini təxribatçı və sabitliyi pozan hərəkətlər kimi qiymətləndirən Şimali Koreya öz silahlarının sınaqlarını davam etdirəcəyinə söz verib. Şimali Koreya ABŞ və müttəfiqlərini ikili standartlardan istifadə etməkdə günahlandırıb.

Pxenyanı qeyri-qanuni nüvə silahı proqramına görə cəzalandırmaq üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi bir sıra qətnamələri ilə Şimali Koreyanın istənilən qısa və uzaqmənzilli ballistik raket fəaliyyətinə qadağa qoyulub.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG