Accessibility links

Şimali Karolina-Şarlott Universitetinin kampusuna silahlı hücum edən şəxs həbs edilib


ABŞ-ın Şimali Karolina ştatında rəsmilər çərşənbə axşamı kampusda iki nəfərin ölümündə şübhəli bilinən şəxsin kimliyini müəyyən edib.

Şimali Karolina-Şarlott Universitetinin kampusunda axşam saatlarında atəş səsləri eşidildikdən sonra rəsmilər tələbə və universitet işçilərinə təcili mesaj göndərib.

Kampusun polis rəisi Ceff Beyker müxbirlərə bildirib ki, onun zabitləri hadisə baş verən zaman administrasiya binasına daxil olub və silahlı şəxsi tərksilah etdikdən sonra həbs edib.

Silahlı hücumdan sonra Şimali Karolina qubernatoru Roy Kuper silahları universitet və məktəblərdən kənar tutmaq üçün sərt tədbirlər görəcəyini vəd edib.

“Mən bir şeyi bilirəm ki, bizim kampusda tələbə öz həyatı üçün qorxmamalıdır. Valideyinlər öz övladlarını məktəbə göndərərkən narahat olmamalıdır. Və mən bilirəm ki, bu zorakılığa son qoyulmalıdır” deyə Roy Kuper bildirib.

Hücum zamanı dörd nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Şarlott-Meklenburq Polis İdarəsi şübhəli şəxsin 22 yaşlı Tristan Endrü Terrell olduğunu müəyyən edib. Hücumun motivi müəyyən olunmayıb.

Məktəb rəsmiləri bildirib ki, buraxılış imtahanları bazar gününədək təxirə salınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG