Accessibility links

Şimali Korea mediası: Əsəd Kim Conq Unla görüşmək istəyir


Şimali Koreyanın dövlətə məxsus mediasının verdiyi məlumata əsasən, Suriya prezidenti Bəşar Əsəd Şimali Koreyaya səfər edib, ölkə lideri Kim Conq Unla görüşməkdə maraqlı olduğunu bildirib.

Verilən məlumatına görə, Əsəd mayın 30-da Şimali Koreya səfirinin etimadnaməsini qəbul edərkən bu haqda açıqlama verib.

“Mən Şimali Koreyaya səfər etmək və Kim Conq Unla görüşməyə hazırlaşıram”, məlumatda Əsədə istinadən bildirilib.

Suriya prezidenti tərəfindən belə bir səfərə hazırlığa buna qədər heç bir işarə olmayıb.


Xəbər agentliyinin məlumatına əsasən, Əsəd deyib ki, o, Kim Conq Unun “nəticədə qələbə edib, Koreyanın birləşməsini uğurlu şəkildə reallaşdıracağına əmindir”.

Suriya hökuməti bu məlumatla bağlı şərh vermək üçün edilən müraciətə cavab verməyib.

Şimali Koreya xəbər agentliyinin bu məlumatı beynəlxalq ictimaiyyətin diqqəti ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında iyunun 12-də Sinqapurda qarşıdan gələn zirvə görüşünə yönəldiyi bir vaxt verilir.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG