Accessibility links

Şimali Koreya ABŞ-ı üstüörtülü təhdid edib


Şimali Koreya Birləşmiş Ştatları Koreyalararası münasibətin pisləşməsi barədə “səssiz qalmağa” çağırır və bildirir ki, ABŞ noyabr ayında uğurlu seçki keçirmək istəyirsə bu səssizliyin onlar üçün faydası olacaq.

Cümə axşamı dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyinin dərc etdiyi hesabat Şimali Koreya Xarici İşlər Nazirliyinin aşağı vəzifəli rəsmisi tərəfindən yayılıb. Lakin buna baxmayaraq bu bəyanat diqqətə layiqdir, çünki içərisində ABŞ seçkilərinə müdaxilə və ya təsirlə bağlı təhdid yer alır.

Şimali Koreya birtərəfli olaraq Cənubi Koreya ilə gərginlikləri artırır. Onlar bu həftə Cənubi Koreya ilə bütün rəsmi kommunikasiya xətlərini kəsəcəklərini bildirib. ABŞ-ın Dövlət Departamenti Pxenyanın bu qərarından “məyus”luğunu ifadə edib.

Şimali Koreyanın Xarici İşlər Nazirliyinin Şimali Amerika şöbəsinin başçısı Kvon Conq Qanın sözlərinə görə isə Şimali Koreya bu sözü daxili məsələlərinə müdaxilə kimi qəbul edib.

“Səssiz qalsanız yaxşı olardı. Bu, qarşıdan gələn prezident seçkisinin uğurlu keçməsi üçün ABŞ-ın xeyrinə olar,” Kvon əlavə edib.

Şimali Koreya bundan öncə ABŞ-da noyabrın 3-də keçiriləcək seçkilərə müdaxilə etməklə bağlı açıq təhdid etməmişdi. Amma Pxenyan daha böyük təxribatların olacağına işarə etmişdi.

Şimali Koreya lideri Kim Conq Un yanvar ayında dünyanın yaxında “yeni strateji silaha” şahid olacağını söyləmişdi. Amma Şimali Koreya o zamandan bəri vaxtaşırı daha az təxribatçı, qısamənzilli silahları sınaqdan keçirməyə davam edib.

Kimlə danışıqlarını xarici siyasət sahisində böyük qələbə kimi qymətləndirən Tramp bir neçə dəfə 2020-ci ildə yenidən seçilmək şansına birbaşa Şimali Koreyanı səbəb göstərib, baxmayaraq ki, bunun ABŞ seçiciləri üçün vacib məsələ olacağını göstərən çox az dəlil var.

“Kim qarşıdan seçkinin gəldiyini bilir. Mən onun buna müdaxilə etmək istədiyini düşünmürəm, amma görəcəyik”, Tramp dekbar ayında bildirib.

Şimali Koreyanın son bəyanatına ciddi yanaşmağın lazım olub-olmadığı aydın deyil. Xarici İşlər Nazirliyi ölkənin qərar vermə prosesində təsiredici rol oynamır və bundan öncə bir neçə dəfə boş təhdidlər irəli sürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG