Accessibility links

Şimali Koreya: ABŞ-a tam inanmayanadək nüvəsizləşdirməyə getməyəcəyik


Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yonq Ho BMT-nin Baş Assambleyasında çıxış edərkən.
Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yonq Ho BMT-nin Baş Assambleyasında çıxış edərkən.

Şimali Koreyanın xarici işlər naziri şənbə günü deyib ki, onun hökuməti Birləşmiş Ştatlara kifayət qədər inam əldə etməyənədək nüvəsizləşdirməyə getməyəcək.

“ABŞ-a inam olmadan bizim milli təhlükəsizliyimizə əminlik olmayacaq. Bu şərtlər altında biz birtərəfli qaydada silahsızlaşdırmaya getməyəcəyik.” – deyə BMT-nin Baş Assambleyasında çıxış edən Ri Yonq Ho bildirib.

“Koreya Xalq Demokratik Respublikasının nüvəsizləşdirməyə olan öhdəliyi möhkəmdir. Lakin bu yalnız o halda mümkün olacaq ki, ABŞ bizim ona qarşı inamımızı təmin etsin.” – deyə xarici işlər naziri əlavə edib.

Ri bildirib ki, Vaşinqtona olan inamsızlıq iyun ayında ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasına keçirilən Sinqapur sammitrindən sonra nüvəsizləşdirmə prosesinin ləngiməsinin səbəbidir.

O xəbərdarlıq etdi ki, hər iki ölkə inamsızsıq yaymağa davam etdiyi halda sammit zamanı imzalanmış birgə bəyanat, iki ölkə arasında ondan öncə imzalanmış razılaşmalar kimi uğursuz olacaq.

Xarici İşlər Naziri Pxenyanın əhəmiyyətli səviyyədə xoş məram nümayiş etdirdiyini deyərək, nüvə və qitələrarası ballistik raket proqramının dayandırması və Punqqye nüvə sahəsinin sökülməsini nümunə göstərib. Ri Yonq Ho əlavə edib ki, Vaşinqton bu addımlara qarşılıqlı cavab verməyib.

XS
SM
MD
LG