Accessibility links

Şimali Koreya Cənubi Koreya ilə əlaqə bürosundan ayrılıb


Şimali Koreya Cənubi Koreya ilə əlaqə bürosundan ayrılıb.

Şimali Koreya Cənubi Koreyaya bu addımı ilə bağlı cümə günü iki ölkənin Kaesonq şəhərindəki birgə bürolarında keçirilən həftəlik görüşləri zamanı xəbər verib.

Cənubi Koreyanın vitse-unifikasiya naziri Çun Hae-sun deyib ki, Şimali Koreyanın bürodan ayrılmaq qərarı “təəssüf doğurur”, lakin o, Cənubi Koreyanın büroda işlərini davam etdirəcəyini bildirib.

“Biz bunun razılığın pozulması olduğunu düşünmürük. Hazırkı situasiyada biz proqnozlar edib və ya erkən qərarlar vermək əvəzinə vəziyyəti daha uzun müddət müşahidə edib, irəliləyişlərə cavab verməliyik”, o bildirib.

Şimali Koreyanın ayrılması ilə bağlı xəbər ötən ay Vyetnamda Şimali Koreya lideri Kim Conqla ABŞ prezidenti Donald Tramp arasında nəticə verməyən görüşdən sonraya təsadüf edib.

Əlaqə bürosu ötən sentyabr ayında iki Koreyalar arasında barışıq əldə etmək məqsədilə açılıb.

XS
SM
MD
LG