Qlobal mediada Şimali Koreyaya dair məlumatların əksər hissəsi nüvə silahlarına yönədilyi halda bir çox cənubi koreyalı təcrid olunmuş ölkənin daha humanist tərəflərini görür. Bunun səbəbi Şimali Koreyadan qaçan insanların öz hekayələrini getdikcə daha çox paylaşması ilə izah edilir.
Kanq Nara 17 yaşında ikən Şimali Koreyadan qaçıb. Altı ildir Seulda yaşayır və 20 milyon baxışı olan YouTube kanalı var ...
O, Şimali Koreya dəb seçimləri, qadın hüquqları və başqalarının niyə kommunist diktaturanı tərk etməyi seçməsi barədə şəxsi hekayələrini bölüşür.
"Burada nisbətən yeniyəm, buna görə Şimali Koreyanın insanlara əvvəllər tanış olmayan bir hissəsini göstərmək istərdim" - Kanq Nara bildirib.
Son illərdə cənubi koreyalıların YouTube kanallarında bir sıçrayış oldu. Buna səbəb şimali koreyalıların Cənubda öz hekayələrini daha çox danışmasıdır.
Və onlar böyük tamaşaçı kütləsi toplayırlar.
"Daha çox hekayələrə maraq var. Bura şimali koreyalılar, onların buraya çox yaxın olsa da, ancaq qapalı olan həyatları da daxildir" - deyə, Sokeel Park qeyd edib.
Bu, film sənayesinə də təsir edib. Filmlər və şoularda şimali koreyalılar çox vaxt təhlükəli və ya axmaq kimi göstərilirdi.
Ancaq son zamanlarda olduqca populyar drama janrındakı filmdə Cənubi Koreyadan bir qıza aşiq olan, populyar aktyor Hyun Binin canlandırdığı Şimali Koreya əsgərindən söhbət açılır. Çoxları bunu qeyri-adi dərəcədə Şimalın 3 ölçülü görüntüsü kimi qəbul etdi.
((Kang Je-kwon, Cənubi Koreyanın oyun rejissoru (koreys dilində))
"Keçmişdə biz onlara yuxarıdan aşağı baxmağa və ləhcələrini lağa qoymağa meylli idik ... lakin indi insanlara Şimali Koreya haqqında daha çox məlumat vermək üçün bir neçə televiziya şousu və digər media vasitələri var" - deyə, rejissor Kanq Ce-Kvon bildirib.
Kang Ce-Von bir-birlərindən ayrı qalan və təsadüfən iki Koreyanı ayıran sərhəddə qarşılaşan Koreya ailəsi haqqında bir tamaşa qoydu.
“Söhbət təkcə bəzi siyasi tərəflərin müəyyən şeylər barədə mübahisə etməsindən getmir. Məsələ onda deyil. İnsanlar insandır və düşünürəm ki, Şimaldakı insanlar bunu ümumən qəbul etdilər” - deyə, aktyor Tae-ho Le qeyd edib.
Ancaq bu yalnız bir məqama qədərdir. Qaçqınlar daha çox mediaya danışdıqca diqqət həmişə müsbət olmur. Sonda bəziləri onlara yenilik kimi yanaşlıdığını söyləyirlər.
((Oh Jin-ha, Defektor, Artis (Koreys dilində)))
“Bir çox film yaradıcıları artıq birləşdirici yanaşmanı sevmir, çünki bu cəlbedici deyil. Bunun əvəzinə onlar bunu şişirdib, diqqəti bizi fərqləndirən şeylərə yönəldirlər. Şimali Koreyalıları demək olar ki, fərqli məxluqlar kimi təqdim edirlər” - deyə, Şimali Koreyalı qaçqın Oh Cin-ha bildirib.
Ancaq Kanq Nara kimi insanlara görə bu dəyişə bilər.
“Ölkələrimiz onilliklərdir bir-birindən ayrılmışdır. Koreyalıların müəyyən bir məsafəni hiss etmələri normaldır. Ancaq şəxsən mən YouTube kanalımla boşluğu azaltmaq istərdim” - Kanq Nara bildirib.
Cənubdakı şimali koreyalılar yavaş-yavaş öz hekayələrinin məsuliyyətini öz üzərlərinə götürməyi öyrənir.