Accessibility links

Şimali Koreya: Danışıqlarda Mayk Pompeonun iştirakını istəmirik


Şimali Koreya nüvə silahları proqramı ilə bağlı növbəti danışıqlarda ABŞ dövlət katibi Mayk Pomeonun iştirak etməməsini tələb edir.

Rəsmi KCNA xəbər agentliyinin verdiyi məlumata görə, Şimali Koreya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi Kvon Conq Qun deyib ki, Pxenyan onlarla “daha diqqətli və yetkin” birinin danışıqlar aparmağını istəyir.

Rəsminin sözləri rejimin cümə günü Kim Conq Unun yeni "taktiki idarə olunan silahın" sınağına nəzarət etdiyini bildirməsindən bir neçə saat sonra açıqlanıb.

Xəbərdə silahın dəqiq növü barədə məlumat verilməyib, lakin “taktiki” sözü onun Birləşmiş Ştatlara çata biləcək uzunməsafəli balistik raket olmadığına işarə edir.

Şimali Koreya bir ildən artıqdır, Kim Birləşmiş Ştatlar və Cənubi Koreya ilə danışıqlara başlayandan bəri nüvə raketi və ya uzunməsafəli raket sınağı keçirməyib.

Birləşmiş Ştatlarla Şimali Koreya arasında nüvə danışıqları fevral ayında ABŞ prezidenti Donald Tramp ilə Kim Conq Un arasında Hanoyda baş tutan sammitdə heç bir razılıq əldə olunmayandan bəri dayandırılıb.

Tramp Kimin sanksiyaların yüngülləşdirilməsi qarşılığında nüvə silahları proqramını tamamilə ləğv etməsini istəyir. Kim isə nüvəsizləşdirmə yolunda məhdud addımlar atmağı təklif edib.

Kim gələn həftə Rusiya prezidenti Vladimir Putinlə görüşmək və mümkün iqtisadi yardım əldə etmək üçün Rusiyaya səfər edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG