Dövlət mediasının çərşənbə günü bildirdiyinə görə, Şimali Koreyanın buraxdığı son raket yeni hipersəsli bir silahdır. Bu, ölkənin sürətlə genişlənən arsenalına daha bir yeni komponent əlavə edəcək inkişaf etmiş raket sisteminin ilk sınağıdır.
Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreyanın şimal regionundakı Caqanq vilayətinin səmasına buraxdığı hipersəsli Hvason-8 adlanan raketin ilk fotosunu yayımlayıb.
KCNA-nın hesabatında sınağın müvəffəqiyyətlə keçirildiyi və bu hipersəsli silahın Şimali Koreya lideri Kim Conq Unun yanvar ayında böyük siyasi bir toplantıda bəyan etdiyi beşillik müdafiə planının "beş prioritetindən" biri olduğunu bildirilib.
"[Sınaq] raketin aktiv hissəsindəki naviqasiya nəzarətini və dayanıqlığını, həmçinin manevr və hiper-səs döyüş başlığının uçuş qabiliyyətini özündə birləşdirən texniki xüsusiyyətləri təsdiqləyib" - deyə, KCNA xəbər verib.
Müdafiə üzrə mütəxəssislərin dediyinə görə, Şimali Koreyanın hipersəsli qurğuları (HGV) inkişaf etdirməsinin səbəbi həm ABŞ, həm də Şimal-Şərqi Asiyada raketlərdən müdafiə sistemələrini aşmağa çalışdığının son göstəricisidir.
Əksər ballistik raketlər kimi HGV-lər hipersəs və ya səs sürətindən beş dəfə sürətlə uçur. Nisbətən aşağı yüksəklikdə uça bildiyi və uçuş zamanı manevr edə bildiyi üçün HGV-ləri aşkar etmək və ələ keçirmək daha çətindir.