Accessibility links

Şimali Koreya Hollivudun çəkdiyi komediyaya görə hiddətlənib [Video]


Şimali Koreya Hollivudun çəkdiyi avtoritar lideri Kim Conq Una qarşı sui-qəsdə cəhd edilən komediyaya görə hiddətini bildirib.

Baş rollarda Set Rogen və Ceyms Frankonun çəkildiyi "Müsahibə" filmi Mərkəzi Kəşfiyyat Agentliyinin göndərdiyi iki jurnalistin cənab Kimlə müsahibədən sonra ona qarşı hazırladığı sui-qısd cəhdi haqdadır.

Pxenyanın Xarici İşlər Nazirliyinin sözçüsü bugünkü açıqlamasında filmi "açıq terrorizm" adlandıraraq, bunun Şimali Koreya liderinin ləyaqətini dözülməz bir şəkildə alçatmaq cəhdi olduğunu deyib. Sözçü Birləşmiş Ştatların ekranlara oktyabr ayında çıxacaq bu filmin nümayişinə imkan verərsə, Şimali Koreyanın bunu müharibə elanı kimi qəbul edəcəyini və buna qarşı ölçü götürəcəyini bildirib.

Şimali Koreyanın Xarici İşlər Nazirliyinin sözçüsünün açıqlamaları ölkə rəhbərliyinə təhqir kimi qəbul edildiyi üçün müntəzəm olaraq ABŞ və Cənubi Koreyaya hədələr yağdırılan dövlətə məxsus mətbuat tərəfindən dərc edilib.

XS
SM
MD
LG