Cənubi Koreya bildirib ki, Şimali Koreya ABŞ-la Cənubi Koreyanın birgə hərbi təlimlərinə qarşı güc göstərişi olaraq şənbə günü iki qısa-mənzilli raket atıb.
Cənubi Koreyanın Bİrgə Qərargahlar Rəisinin yaydığı bəyanatdda bildirilir ki, Şimali Koreya öz yay sınaqlarını həyata keçirdiyi üçün daha çox raketin atılacağı gözlənilir.
Raket ABŞ prezidenti Donlad Tramp Şimali Koreya lideri Kim Conq Undan “çox gözəl məktub”aldığını söyləyəndən bir neçə saat sonra atılıb.
Tramp və Kim iyunun 30-da keçirilən görüşdə dayandırılan nüvəsizləşdirmə danışıqlarını bərpa etməyə razılaşandan bəri Şimali Koreya bir sıra raketlər atıb.
ABŞ rəsmisi deyib ki, azə bir raket atılıb və bu raket Pxenyanın daha öncə atdığı qısa-mənzilli raektlərə bəznəyir.
Cənubki Koreya ordusunun məlumatına görə, iki raket təxminən 48 kilometr hündürlükdə 400 km məsafə qət edib.
Tramp cümə günü müxbirlərlə danışanda Şimali Koreyanın bu yaxınlarda raketləri sınaqdan keçirməsinə əhəmiyyət verməyib və deyib: “Mən bir daha söyləyirəm: Heç bir nüvə sınağı olmayıb. Sınaqdan keçirilən raketlərin hər biri qısa-mənzilli olub. Heç bir balistik raket sınaqdan keçirilməyib. Heç bir uzun-mənzilli raket olmayıb.
Şimali Koreyanın dövlət mediası hələ ki, raketlərin sınaqdan keçirildiyini təsdiq etməyib, lakin şənbə günü Cənubi Koreyanı “dialoq əvəzinə silahlar inkişaf etdirməkdə” günahlandırıb.
Cənubi Koreya Pxenyanı raketlər atmağı dayandırmağa çağırıb.
Cənubi Koreyanın prezidenti apparatı bildirib ki, şənbə günü atılan raket Pxenyanın inkişaf etdirdiyi yeni qısa-mənzilli raketi sınaqdan keçirmək məqsədi daşıyıb.