Accessibility links

Şimali Koreya qısa mənzilli iki raket atıb


Cənubi Koreya ordusunun məlumatına əsasən, Şimali Koreyanın hərbi qüvvələri cümə axşamı çoxsaylı "super böyük" raket buraxma qurğularından qısa mənzilli iki raket atıb. Bu, Şimali Koreyanın Cənubi Koreya ilə mübahisəli dəniz sərhədində ordusunun təlimlər keçirdiyi bildirməsindən üç gün sonra bölgədəki vəziyyətə gərginlik əlavə edib.

Şimali Koreyanın raket sınağını Pxenyanın nüvə danışıqları üçün qoyduğu bir il müddətində son möhlətin bitməsinə bir neçə gün qalmasından öncə keçirib. ​

Seul rəsmiləri raketin Şimali Koreyanın Cənubi Hamgyong vilayətindən şimal şərq sularına doğru atıldığını bildirib.

General-mayor Jeon Dong Jin Cənubi Koreya və ABŞ-ın kəşfiyyat rəsmilərinin detalları təhlil etdiyini bildirib.

"Hərbçilərimiz dərin təəssüf hissi keçirir və Şimali Koreyanı hərbi gərginliyi artıran hərəkətləri dərhal dayandırmağa çağırır" - deyə, o, televiziya ilə yayımlanan brifinqində bildirib.

Yaponiyanın Baş naziri Şinzo Abe mərmilərin Yaponiya ərazisinə aid sulara girməməsinə baxmayaraq, Şimali Koreyanın bu addımının həm Yaponiya, həm də beynəlxalq ictimaiyyət üçün ciddi təhlükə olduğunu deyərək qınayıb.

O həmçinin hökumətinin Yapon xalqının həyatının və əmlaklarının qorunması üçün "əlindən gələni edəcəyini" əlavə edib.

Bu, Şimali Koreyanın bu il keçirdiyi 13-cü raket sınağı idi.

Şimali Koreyanın son fəaliyyətləri Vaşinqtonun Kim Jong Un tərəfindən ABŞ-ın nəticəsiz nüvə danışıqlarında yeni bir təklif verməsi üçün müəyyən etdiyi bir il müddətində möhlətə cavab vermədiyi təqdirdə nəyin baş verəcəyini göstərmək istədiyini nümayiş etdirə bilər.

XS
SM
MD
LG