Accessibility links

Şimali Koreya ilə ABŞ arasında ikinci sammitə hazırlıqlar gedir


Şimali Koreya Kim Çonq Un və ABŞ prezidenti Donald Tramp arasında ikinci zirvə görüşünə hazırlıqlar görür.

Şimali Koreyanın dövlət xəbər agentliyi bildirib ki, Kim hər iki ölkənin məqsədinə çata bilməsi üçün Trampla əməkdaşlıq etməkdə maraqlıdır.

Kimin şərhi Şimali Koreyanın nümayəndəsi Kim Yonq Çholun növbəti zirvə görüşünün təşkil edilməsini müzakirə etmək üçün ötən həftə Vaşinqtona səfərindən sonraya təsadüf edir.

Tramp Şimali Koreyanın nüvə silahını məhv etməyə dair üzərinə öhdəlik götürməsini istəyir. Kim isə Şimali Koreyanın iqtisadiyyatını inkişaf etdirə bilməsi üçün beynəlxalq sanksiyaların aradan qaldırılmasına çalışır.

İyunda Sinqapurda keçirilən birinci sammitdə hər iki tərəf Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində işləyəcəklərini vəd edib. Lakin bu istiqamətdə məhdud müvəffəqiyyət əldə edilib.

İkinci sammitin keçiriləcəyi tarix və yer haqda məlumat hələ ki, elan edilməyib. Lakin prezident Tramp sammitin çox güman ki, fevralda baş tutacağını bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG