Şimali Koreya bildirir ki, Birləşmiş Ştatlar iki rəqib Koreyaların liderlərinin əldə etdiyi hərtərəfli razılığa əsasən “müvafiq tədbirlər görsə”, onlar Yonqbyondakı əsas nüvə təsisini sökəcək.
Razılıq çərşənbə günü Pxenyanda Şimali Koreya lideri ilə Cənubi Koreya prezidenti Mun Cae-in tərəfindən üç günlük sammmitin ikinci günündə elan olunub.
Kim deyib ki, bu razılığın tarixi mənası var.
“Biz on illərdir davam edən faciəvi münaqişəyə və düşməçiliyə son qoymaq üçün hərbi razılıq imzaladıq. Biz həmçinin Koreya yarımadasını nüvə silahları və təhlükəsi olmadan sülh torpağına çevirməyə söz verdik” – deyə Kim Conq Un bildirib.
Razılığı elan etmədən öncə, Mun və Kim ordu rəhbərlərinin sərhəddə gərginliyi alzatmaqla bağlı imzaladıqları razılığı təqdim etmələrini izləyib.
Bundan əlavə Şimali və Cənubi Koreyalar 195-1953-cü illərdə baş verən Koreya Müharibəsində ölən əsgərlərin qalıqlarını tampaq üçün birgə axtarış başlatmağı planlaşdırır.
Mun həmçinin deyib ki, Kim ilin sonunadək Seulu ziyarət etmək dəvətini qəbul edib.