İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Şimali Koreyaya səfər etməyi planlaşdırır. Bu barədə İranın dövlət televiziyası bazar günü məlumat verib.
"Bu səfərin tarixi tezliklə müəyyən ediləcək və açıqlanacaq" - deyə, dövlət televiziyası Zərifə isrtinadən bildirib. Lakin səfərin detalları barədə məlumat verilməyib.
Birləşmiş Ştatlar tərəfindən və beynəlxalq sanksiyalarla üzləşən Şimali Koreyanın yüksək səviyyəli diplomatı Ri Yonq Hu ABŞ-ın İslam Respublikasına qarşı sanksiyaları yenidən tətbiq etməsindən sonra İrana keçən il avqust ayında səfər etmişdi.
Tramp administrasiyasının 2015-ci ildə dünya qüdrətləri və İran arasında imzalanmış nüvə razılığından çıxmasından və bunun ardında sanksiyaları yenidən bərpa etməsindən sonra Tehran və Vaşinqton arasında gərginliklər daha da artıb.