Accessibility links

Şimali Koreya lideri ölkədəki iqtisadi uğursuzluqları etiraf edib


Şimali Koreyanın paytaxdı Pxenyanda mühüm bir siyasi toplantıya start verilib. Prezident Kim Conq Unun da iştirak etdiyi forumda iqtisadi uğursuzluqlarldan bəhs edilir.

Nümayəndə heyətləri ilə dolu auditoriya qarşısında Kim son 5 il ərzində qarşıya məqsəd qoyulan iqtisadi planların həyata keçirilmədiyini etiraf edib.

Açılış çıxışında Kim deyib ki, hər bir sahədə qarşıya qoyulan məqsədlərin demək olar ki, heç birinə nail olunmayıb.

Hakim Fəhlə Partiyasının 8-ci qurultayında danışan ölkə lideri son 5 ilin misilsiz dərəcədə pis olduğunu qeyd edib.

Toplantıya qatılanların heç biri nə məsafə saxlayıb, nə də maska taxıb.

Kim 2011-ci ildə hakimiyyətə gəldiyi dövrdə yalnız ikinci dəfə partiyanın qurultayında iştirak edir. Builki qurultay Şimali Koreyanın gələn 5 il müddətinə siyasətlərinin müəyyən edilməsi məqsədi daşıyır.

Bu ölkənin iqtisadiyyatı nüvə proqramlarına görə beynəlxalq sanksiyalarla olduqca zəifləyib.

Ölkədə vəziyyət son zamanların daşqınları və koronavirus pandemiyası ilə daha da ağırlaşıb.

XS
SM
MD
LG