Accessibility links

Şimali Koreyanın koronavirusdan qorxmayan lideri


Ordusunun raket və artilleriya atəşlərini seyr edərkən, Şimali Koreya lideri Kim Con Unu yanında olan zabitlərdən fərqlənən şeylərdən biri də onun koronavirusa qarşı maska taxmaması olub.

Ölkədə minlərlə insan karantinə alınıb və diplomatlar da daxil olmaqla, yüzlərlə xarici vətəndaşa yaşadıqları yerlərdən çıxmağa icazə verilmir.

Dövlət mediası daim vətəndaşları səhiyyə qaydalarına riayət etməyə və ali rəhbərdən başqa üz maskalarının istifadəsini göstərən görüntüləri dərc etməyə çağırır.

Hakim partiyanın "Rodong Sinmun" qəzeti və rəsmi KCNA xəbər agentliyi son iki həftədə Kimin dörd dəfə xəndəkdən, çadırdan və ya sığınacaqdan hərbi təlimlərə nəzarətini nümayiş etdirib.

Hər dəfə də o, qara xəz papaqda, yanında olan bütün məmurlar isə maskalarda olub.

Şimal Kimin görüntülərinə diqqətlə nəzarət edir, təhlilçilər isə onun bu indiyədək görünməmiş xüsusiyyətinin bir mesaj olduğunu deyir.

"Bununla o, insanlara virusdan qorxmadığını, infeksiyadan üstün olduğunu göstərmək istəyə bilər" - deyə, NK News saytının analitiki Reyçel Minyon Li bildirir.

Donquk universitetinin Şimali Koreya tədqiqatları üzrə professoru Ko Yu-Hvan maskanın onu "xarizmasını pozmaq" riski qarşısında qoya biləcəyini deyib. "Onlar Kimi Paektu nəslinin lideri olaraq, koronavirusun ona təsirinin imkansız olduğu obrazını yaratmağa çalışır."

`Paektu` üç nəsildir Şimalı idarə edən Kim ailəsi üçün çox vacib bir termindir.

XS
SM
MD
LG