Accessibility links

Şimali Koreya lideri ABŞ-la nüvəsizləşdirilmə danışıqlarının dalana dirənməsindən narahatdır


Çinin dövlət mətbuatı cümə axşamı bildirib ki, Şimali Koreya lideri Kim Conq Un ABŞ-la nüvəsizləşdirilmə danışıqlarının dalana dirənməsindən narahatdır. Lakin o, Çin prezidenti Şi Tsinpinqə bildirib ki, Pxenyan Vaşinqtonla münasibətlərini yaxşılaşdırmaq fikrində qətidir.

Müzakirələr barədə məlumat iki gün Pekində olduqdan sonra vətəninə qayıdan Kimlə Şi arasında gedən danışıqlardan bir neçə saat sonra verilib.

Bu səfər ötən ildən bəri Kimin Şimali Koreya ilə diplomatik və iqtisadi müttəfiq ölkəyə dördüncü səfəri idi. Görüş Kimin ABŞ prezidenti Donald Trampla ikinci mümkün zirvə görüşündən əvvəl Çinlə koordinasiya etməsi barədə fərziyyəni artırır.

ABŞ prezidenti dekabrda Kimlə ikinci sammitin 2019-cu ilin yanvar və ya fevral ayında baş tuta biləcəyini bildirib. Cənubi Koreya prezidenti də müxbirlərə Kimin səfərinin müsbət nəticələr verəcəyinə ümid etdiyini deyib.

Yeni İl müraciətində Kim deyib ki, o, Trampla üz-üzə daha bir danışıqlar aparmaq istəyir, lakin xəbərdarlıq edib ki, Vaşinqton “müvafiq tədbir” görmədiyi təqdirdə başqa yollara əl ata bilər.

XS
SM
MD
LG