Accessibility links

Şimali Koreya lideri “Daimler” limuzinlərini necə əldə edib? 


Almaniyanın “Daimler” avtomobil istehsalıçısı, Şimali Koreya lideri Kim Conq Unun şirkətin istehsalı etdiyi zirehli avtomobillərə necə sahib olduğunu izah edə bilmir.

“Daimler” BMT-nin Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbilə bu ölkəyə avtomobil satmadığını bildirir.

Kim Conq Un bir sıra xarici səfərlərində bu şirkətin istehsal etdiyi zirehli avtomobillərdən istifadə edib. Bu günlərdə o, Vladivostokda Rusiya prezidenti Vladimir Putinlə görüşə iki limuzin aparıb - Mercedes Maybach S600 Pullman Guard və Mercedes Maybach S62. Kim birinci avtomobildən ABŞ prezidenti Donald Trampla Hanoyda görüşərkən də istifadə edib.

Bu avtomobilləri istehsal edən “Daimler” bildirir ki, şirkət artıq 15 ildən çoxdur ki, Şimali Koreyaya maşın satmır və öz məhsullarının həmin ölkəyə ixracı ilə bağlı qoyulmuş sanksiyalar qaydalarına sadiq qalır.

Amma məlumatda qeyd edilir ki, şirkət bu avtomobilləri sata bilən 3-cü şəxsin hərəkətinə görə cavabdehlik daşımır.

XS
SM
MD
LG