Accessibility links

Şimali Koreya lideri iqtisadi uğursuzluğa görə kabinetini tənqid edib


Şimali Koreya lideri Kim Conq Un ölkəsinin ağırlaşan iqtisadi vəziyyəti ilə əlaqədar kabinetinin fəaliyyətini tənqid edib. O, bir ay əvvəl vəzfəyə təyin etdiyi bir yüksək səviyyəli iqtisadi məmuru yeni idealar irəli sürə bilmədiyini deyərək işdən kənarlaşdırıb.

Kim doqquz illik hakimiyyətinin ən çətin dövrünü yaşayır. Nüvə proqramı ilə əlaqədar ABŞ-ın tətbiq etdiyi sanksiyaları ləğv etmək ümid ilə həyata keçirdiyi diplomatiya dalana dirənib. Üstəlik ötən il baş qaldıran ümmumdünya pandemiyası səbəbindən sərhədlər bağlanıb, ölkədə baş verən təbii fəlakətlər məhsuldarlığı kəskin azaldıb. İndi 1990-cı ildən bəri dağılan iqtisadiyyatın ziyanları daha da dərinləşib.

Sərhədlərin bağlanmasından sonra ilin ilk on ayında Şimali Koreya iqtisadiyyatının əsasını təşkil edən Çinlə ticarət 75 faiz azalıb. Cənubi Koreyanın casus agentliyinə məlummatına görə xammal çatışmazlığı səbəbindən fabriklərdə istehsalat Kimin 2011-ci ildə hakimiyyətə gəldiyindən bəri ən aşağı səviyyəyə enib.

Bəzi analitiklər mövcud problemlərin bazarlarda sabitliyi pozacaq, ictimai çaxnaşma və iğtişaşlara səbəb ola biləcək mükəmməl bir fırtına üçün şərait yarada biləcəyini söyləyirlər.

Mövcud problemlər Kimi keçmiş iqtisadi planların müvəffəq olmadığı barədə açıq şəkildə etiraf etməyə məcbur etdi. Lakin iqtisadiyyatı inkişaf etdirmək üçün yeni bir beş illik plan yanvar ayında hakim İşçi Partiyası qurultayında elan olunsa da, Kim cümə axşamı sona çatan partiyanın Mərkəzi Komitəsinin iclasında verdiyi şərhlərdə planların bu günə qədər necə icra edilməsi ilə bağlı məyusluğunu gizlətməyib.

Sessiya zamanı Kim Nazirlər Kabinetinin iqtisadiyyatı idarə edən əsas qurum rolunu yerinə yetirə bilməməsindən təssüfləndiyini və kabinetin "yenilikçi baxış və açıq taktikalar" olmadan uğursuz icra planları hazırladığını bildirib.

"Nazirlər Kabineti əsas iqtisadi sahələrin planlarının hazırlanmasında liderlik rolunu həyata keçirə bilməyib və nazirliklərin hazırladığı rəqəmləri demək olar ki, mexaniki olaraq bir araya gətiribi" - deyə, Koreya Dövlət Xəbər Agentliyi Kimə istinadən bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG