Accessibility links

ABŞ və Şimali Koreya liderləri Vyetnama çatdı


Hanoy zirvə toplantısı üçün hazırlıqlar başa çatmaqdadır.

Çinə üçgünlük səfərini başa vuran Şimali Koreya lideri zirehli qatarla Vyetnama çatıb.

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında ikinci zirvə görüşünə sabah Vyetnamın paytaxtında start veriləcək.

Məni qarşılayan insanlara təşəkkürümü bildirirəm. Möhtəşəm bir kütlə idi. Sevgi dolu

Liderlər ötən ilin iyun ayında Sinqapurda Koreya yarımadasının nüvəsizləşdirilməsilə bağlı razılaşmanın irəliləyişini müzakirə edəcək.

Zirvəyə hazırlıq mərhələsində ABŞ rəsmiləri Şimali Koreyalı həmkarları ilə dəfələrlə görüşlər keçirib.

Vyetnamda nüvə razılaşması ilə bağlı daha konkret irəliləyişlər əldə etmək üçün tərəflərin bir deyil, iki gün görüş imkanı olacaq.

Kim Conq Unun cangüdənləri liderlərinin maşınının yanınca qaçır. Donq Danq, Vyetnam, 26 fevral, 2019.
Kim Conq Unun cangüdənləri liderlərinin maşınının yanınca qaçır. Donq Danq, Vyetnam, 26 fevral, 2019.

ABŞ prezidenti də artıq Vyetnamdadır.

Donald Trampı Noi Bai beynəlxalq hava limanında qvardiya üzvləri qarşılayıb.

Onu hava limanında Vyetnamın ABŞ-dakı səfiri Ha Kim Ngok, Vyetnamın baş nazir müavini və xarici işlər naziri Pnam Bin Min və ABŞ-ın Vyetnamdakı səfiri Daniel Kritenbrik salamlayıb.

Prezidentin maşın karvanı şəhərə əllərində ABŞ və Vyetnam bayraqları dalğalandıran minlərlə vyetnamlının alqışları altında daxil olub.

Hanoyda iki gecə keçirəcəyi mehmanxanaya çatdıqdan sonra Tramp tvit edərək "indicə Vyetnama çat"-dığını bildirib.

“Məni qarşılayan insanlara təşəkkürümü bildirirəm. Möhtəşəm bir kütlə idi. Sevgi dolu,” Tramp əlavə edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG