Accessibility links

Şimali Koreya "mühüm sınaq" keçirib


Şimali Koreya şənbə günü "etibarlı strateji nüvə yayındırıcısını" gücləndirmək üçün peyk uçuşu təsisində “mühüm sınaq” keçirdiyini bildirib.

Bu sınaq ölkənin ABŞ-a nüvə danışıqlarında güzəştə getməsi üçün tətbiq etdiyi son möhlət tarixindən bir neçə həftə öncə və uzun-mənzilli raket ilə nüvə snıqlarını bərpa etməklə bağlı hədələrini yenilədiyi vaxt aparılırb.

Koreya Mərkəzi Xəbər Agentliyi şənbə günü nəyin sınaqdan keçirildiyini bildirməyib və heç bir şəkil paylaşmayıb. Lakin onlar slnağın Sohae Peyk Uçuşu Stansiyasında keçirildiyini bildirib. Şimali Koreya bir həftə öncə orada başqa “çox mühüm sınaq” keçirdiyi barədə məlumat verib. O zaman raket mühərryinin sınaqdan keçirildiyi güman edilir.

Şimali Koreya iyun ayından bəri 13 qısa və ya uzun mənzilli raketlər sınaqdan keçirib. Bəzi təhlilçilər Şimali Koreyanın yaxınlarda uzun mənzilli raket texnologiyasından istifadə edərək Sohae stansiyasından kosmosa peyk göndərəcəyini təxmin edir.

Pxenyanın Birləşmiş Millətlər Təşkilatının qətnamələri altında hər hansı balistik raket sınağı keçirməsi qadağandır, amma ölkə daha uzun mənzilli raket texnologiyasını sınaqdan keçirmək məqsədilə süni peyklər göndərib.

Şimali Koreyanın ABŞ məsələləri üzrə vitse xarici işlər naziri Ri Tae Sonq xəbərdarlıq edib ki, onun hökümətinin Birləşmiş Ştatlar üçün “ Milad hədiyyəsi” olacaq və bu hədiyyə “tamamilə ABŞ-dan asılı” olacaq.

Şimali Koreya son həftələrdə ABŞ-ın rejimin tətbiq etdiyi son möhlət tarixinə əhəmiyyət verməməsi səbəbilə qəzəbini ifadə edib və təhdidlərini artırıb.

Ötən həftə isə xarici işlər nazirliyi Pxenyanın “qətiyyətli” şəkildə “son qərar verdiyini” bildirib, amma qərarın nə olduğunu söyləməyib.

ABŞ-ın Şimali Koreya üzrə nümayəndəsi Stiv Bieqan Şimali Koreyanın tətbiq etdiyi son möhlət tarixindən öncə regionda son baxış keçirmək məqsədilə gələn həftə Cənubi Koreya və Yaponiyaya səfər edəcək.

Nüvə danışıqları ABŞ prezidenti Donald Tramp Hanoyda Şimali Koreya lideri Kim Conq Unla keçirilən sammitdə heç bir razılıq əldə etməyəndən bəri dayandırılıb.

Tərəflər oktyabr ayında Stokholmda işçi səviyyəsində müzakirələri bərpa edib, lakin bu dəfə Şimali Koreya danışıqları dayandıraraq, ABŞ-ın münasib təklif irəli sürmədiyini qedy edib.

ABŞ o zamandan bəri danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG