Accessibility links

Şimali Koreya Madriddəki səfirliyinə reydlə bağlı tam istintaqa çağırıb


Şimali Koreya fevralda ölkə lideri Kim Cong Un və ABŞ prezidenti Donald Tramp arasında keçirilmiş ikinci zirvə görüşündən bir həftə əvvəl Madriddəki səfirliyinə reydi "ciddi terror hücumu" adlandırıb və baş verən hadisə ilə əlaqədar tam istintaqın aparılmasına çağırıb.

İspaniya hökuməti səfirliyə hücum edən 10 nəfərin şəxsiyyətini müəyyən edərək, onların “Free Joseon” kimi tanınan koreyanın siyasi Xeollima Mülki Müdafiə qruplaşması ilə əlaqələndirib.

Seulda olan siyası şərhçi Daniel Pinkston “Xeollima”nın hücumu ABŞ-la Şimali Koreyanın nüvəsizləşdirməyə dair danışıqlarına kömək etməyəcəyini bildirib.

Gələn həftə Cənubi Koreyanın prezidenti Mun Cae-İn Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcək. Görüş zamanı iki lider Koreya yarımadasında sülh prosesinin inkişafı üçün birgə işi müzakirə edəcəklər.

XS
SM
MD
LG