Accessibility links

Şimali Koreyada daşqınlar azı 22 nəfərin həyatına son qoyub


Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Beynəlxalq Federasiyasından verilən məlumata görə, Şimali Koreyada baş verən güclü daşqınlar azı 22 nəfərin ölümünə, 4 nəfərin itkin düşməsinə səbəb olub.

Şimali Koreya rəsmilərinə istinadən Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Beynəlxalq Federasiyası daşqınların əkin sahələrinə ciddi zərər vurduğunu və bunun onsuz da xroniki qida çatışmazlığından əziyyət çəkən bu ölkədə iqtisadi narahatlıqlara səbəb olduğunu deyib.

Şimali Koreyanın dövlət KCNA xəbər agentliyi cümə günü təxminən 40 min hektar əkin sahəsinə ziyan dəydiyini,17 min evin ya suyun altında qaldığını, ya da dağıldığını bildirib.

"Çox sayda yol, körpü və dəmiryolu dağılıb, bir elektrik stansiyasının su anbarı çöküb və xalq təsərrüfatının müxtəlif sahələrinə ciddi ziyan dəyib" - deyə, KCNA bildirib.

Koreya yarımadasında bu il musson mövsümündə yağışlar olduğundan daha çoxdur. Bu yaxınlarda Cənubi Koreyanın bəzi bölgələrində 49 gün dayanmadan yağan yağışlar daşqınlara, torpaq sürüşməsinə və onlarla insanın ölümünə səbəb olub.

Şimali Koreya daşqınlara xüsusilə həssasdır. Belə ki, ölkədə adekvat infrastruktur yoxdur. İnsanların yanacaq və ya əkinçilik sahələri üçün meşələrdəki ağacları kəsməsi meşelərin qırılmasına səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG