Accessibility links

Peyk görüntüləri Şimali Koreyanın nüvə sınağı poliqonunu bərpa etdiyini göstərir


Şimali Koreyanın raketlərin sınağı və buraxılması üçün poliqonu yenidən qurduğu bildirilir.

ABŞ-dan olan iki xüsusi müşahidə qrupunun müstəqil hesabatlarına əsasən, peyk görüntüləri şimal-şərq bölgəsindəTonqçanq-ridə yerləşən obyektdə raket mühərriki test qurğusu və işəsalma meydançasının təmir edildiyini göstərir.

Cənubi Koreyanın Yonhap xəbər agentliyinin çərşənbə günü verdiyi məlumata görə, kəşfiyyat rəsmiləri bağlı qapılar arxasında keçirilən iclasda millət vəkillərinə Tonqçanq-ridə yeni fəaliyyətlərlə bağlı məlumat verib.

Bu açıqlamalar ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq-Un arasında Hanoyda nəticəsiz başa çatan ikinci zirvə görüşündən bir neçə gün sonraya təsadüf edib.

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq-Un arasında Hanoyda zirvə görüşü, 28 fevral, 2019.
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq-Un arasında Hanoyda zirvə görüşü, 28 fevral, 2019.

Danışıqlar Vaşinqtonun hər hansı sanksiyaıarın qaldırılması müqabilində Pxenyan tərəfindən nüvəsizləşdirilmə ilə bağlı ciddi təəhhüdlər haqda israrlı tələbi səbəbilə gözlənilmədən sona çatıb.

Şimali Koreya keçən il iyun ayında Donald Tramp və Kim Cong Un arasında Sinqapurda keçirilmiş tarixi zirvə görüşündən sonra Sohae nüvə obyektini sökməyə başlayıb. Sinqapur görüşündə Şimali Koreyanın nüvə silahları və ballistik raket sınağı proqramlarına son qoyması ilə bağlı qeyri-müəyyən razılıq əldə edilmişdi.

XS
SM
MD
LG