Accessibility links

Şimali Koreya oktyabr ayından bəri saxladığı amerikalını deportasiya edəcək


Şimali Koreya Çindən qanunsuz keçdiyi üçün oktyabr ayından bəri saxladığı amerikalını deportasiya edəcək.

KCNA xəbər agentliyi həmin amerikalının Brüs Bayron Laurens olduğunu bildirib.

Eyni adla daha bir amerikalı 2017-ci ilin noyabrında Şimali Koreya ilə sərhəd bölgədə aşkar edilərək Cənubi Koreyadan deportasiya edilmişdi.

Lakin Şimali Koreya deportasiya ediləcək şəxsin kimliyi barədə məlumat verməyib.

ABŞ-ın Seuldakı səfirliyinin sözçüsü şərh verməkdən imtina edib. O bunu şəxsi məsələyə müdaxilə edilməməsi kimi izah edib.

KCNA xəbər verib ki, ABŞ vətəndaşı Mərkəzi Kəşfiyyat Agentliyinin nəzarətində olduğunu deyib.

Pxenyan illərdir ABŞ vətəndaşlarına kəskin rəftarı ilə tanınır.

2017-ci ildə Şimali Koreyada 17 ay həbsdə olduqdan sonra koma vəziyyətində ABŞ-a qaytarılan amerikalı tələbə Otto Varmbiyer Sinsinnatti xəstəxanasında dünyasını dəyişib.

May ayında dövlət katibi Mayk Pompeonun vasitəçiliyi ilə daha 3 amerikalı azad edilmişdi.

Toni Kim və Kim Hak Sonq ölkədə yeganə özəl universitet olan Pxenyan universitetində elm və texnologiya üzrə dərs verirdi. Onlar 2017-ci ildə hökumət əleyhinə fəaliyyətlər ittihamı ilə nəzarət altına alınmışdı.

Digər məhbus Kim Donq Çul isə 2015-ci ildə casusluq ittihamı ilə ağır əmək koloniyasına salınmaqla, 10 müddətinə azadlıqdan məhrum edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG