Washington Post yazır ki, Şimali Koreya 2016-cı ildə Pxenyanda həbs edilən və bir ildən də çox müddətdən sonra koma vəziyyətində ABŞ-a qaytarılan kollec tələbəsinə tibbi yardım göstərdikləri üçün ABŞ hökumətinə 2 mlyon dollar hesab göndərib.
Mənbə bildirib ki, halsız vəziyyətdə olan Otto Uarmbieri gətirməyə gedən ABŞ nümayəndəsi prezident Donald Trampın göstərişi ilə tibb hesabını ödəmək barədə razılığı imzalayıb.
Hesab Maliyyə Nazirliyinə göndərilib. Lakin administrasiyanın hesabı ödəyib-ödəmədiyi məlum deyil.
Məqalədə bildirilir ki, sentyabrın 30-u Tramp administrasiyasının amerikalı girovu Şimali Koreyadan azad etmək üçün heç bir ödəmə etmədiyini iddia edib.
Uarmbier həbs edilərkən onun 21 yaşı var idi. Məhkəməyə çıxarıldıqdan və emosional üzrhaqlıq etdikdən sonra 2016-cı ilin martında məhkəmə onun haqqında qərarı çıxarılıb və onu 15 il Şimali Koreyanın islah əmək düşərgəsində cəza çəkməyə məhkum edib.
Uarmbier 2016-cı ilin yanvarında Şimali Koreyada, oteldən oğurluq ittihamı ilə həbs edilmişdir.