Cənubi Koreya hərbi qüvvələrinin bildirdiyinə görə, nüvə danışıqlarının yarımçıq qoyulduğu bir vaxt Pxenyan bir həftədən az bir müddətdə, çərşənbə günü səhər tezdən ikinci dəfə iki qısamənzilli ballistik raketini sınaqdan keçirib.
Cənubi Koreyanın Baş Qərargahlar İdarəsinin rəisi cənub şəhəri Vonsan yaxınlığından buraxılan raketlərin 30 km hündürlüyə qalxaraq, 250 km-ə qədər bir məsafəni qət etdiyini bildirib.
Şimali Koreya bu sınaqları Cənubi Koreyanın Birləşmiş Ştatlardan silah almaq və birgə hərbi təlim keçirmək qərarına cavab olaraq bundan əvvəlki ballistik raket sınağından 6 gün sonra keçirib.
Cənubi Koreya Müdafiə Nazirliyinin rəsmisi bu raketlərin də keçən həftə sınaqdan keçirilən raketlərin eynisi olduğunu deyib.
Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurası çərşənbə günü təcili yığıncaq çağıraraq, Şimalı Koreyanın raket təlimlərinın ciddi narahatlıqlara səbəb olduğunu və bunun Koreya yarımadasında sülhün bərqərar edilməsi səylərinə mənfi təsir göstərə biləcəyini deyib.
Şimali Koreya nüvə proqramını dayandırmaq sahəsində qismən addımlar atacağı qarşılığında Birləşmiş Ştatlardan ona qarşı qoyulan sanksiyaların qaldırılmasını və təhlükəsizlik zəmanəti istəyir.