Accessibility links

"Şimali Koreya tam nüvə tərksilahı aparmayınca, ona qarşı sanksiyalar qüvvədə qalacaq"


Şimali Koreya tam nüvə tərksilahı aparmayınca, ona qarşı sanksiyalar qüvvədə qalacaq. Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Seulda deyib. Pompeo Seula Cənubi Koreya prezidenti Moon Jae-Inə buhəftəki sammit barədə məlumat verməyə gedib. İyunun 12-də ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Cong Un Sinqapurda görüşüb.

ABŞ prezidenti bildirib ki, "Şimali Koreyanın nüvə təhlükəsinə son qoyuldu".

Donald Tramp Sinqapur sammitindən döndükdən sonra bildirib.

ABŞ dövlət başçısı əlavə edib ki, Kimlə görüş çox maraqlı keçməklə yanaşı, pozitiv bir təcrübə oldu.

Pompeo mətbuat konfransını cənubi koreyalı və yapon həmkarları Kang Kyung Vha və Taro Kono ilə birlikdə keçirib.

Dövlət katibi deyib ki, Şimali Koreya “şərtlərə” və “ardıcıllığ”a əsaslanan “sürətli” nüvəsizləşdirmə prosesinin vacibliyini dərk edir.

Trampla Kim görüşdən sonra bəyanat imzalanıb. Bəyanatda Pxenyanın “Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsinə doğru işləməsi” öhdəliyi vurğulanırdı.

Ancaq tənqidçilərin fikrincə, bəyanatda Pxenyanın nüvə silahlarından əl çəkməsi üçün konkret vaxt qoyulmalı idi.

Pompeo aydın şəkildə deyib ki, tam nüvəsizləşdirmə əldə olunmayınca sanksiyalar qaldırılmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG