Accessibility links

Şimali Koreya Vyetnam danışıqlarının iflasa uğramasına görə ABŞ-ı günahlandırır


ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un

Şimali Koreya dayandırılan nüvə danışıqlarına görə Birləşmiş Ştatları günahlandırır və Vaşinqton tərksilah tələblərindən əl çəkməyənədək danışıqların “heç vaxt bərpa edilməyəcəyinə” söz verib.

ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Conq Unla fevral ayında Hanoyda keçirdiyi ikinci sammit Pxenyanın sanksiyalardan azad olmaması və Şimali Koreyanın qadağan edilmiş nüvə və balistik raket proqramları ilə bağlı güzəştlərinə dair razılıq əldə olunmadan başa çatıb.

Cümə günü Pxenyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyində yayımlanan bəyanat Şimali Koreya rəsmisinə istinadən ABŞ-ı mümkün olmayan tələblər irəli sürərək danışıqları qəsdən iflasa uğratmaqda günahlandırır.

Bəyanatda bildirilib ki, Şimali Koreya “nüvə və balistik raket sınaqları daxil olmaqla “mühüm və mənalı tədbirlər”görüb və “amerikalı müharibə əsirlərinin repatriasiyası”yolunda addımlar atıb. Amma bəyanatda deyilib ki, “bizim xoş niyyətli tədbirlərimizə eyni şəkildə” cavab vermək əvəzinə ABŞ “Koreya Xalq Demokratik Respublikasının birtərəfli tərksilahına çağıraraq danışıqları bilərəkdən iflasa uğradıb”.

Şimali Koreyadan repatriasiya olunan amerikalı əsgərlərin qalıqları.
Şimali Koreyadan repatriasiya olunan amerikalı əsgərlərin qalıqları.

Şimali Koreya bildirib ki, ABŞ “hazırda ağlından keçirdiyi cihaz vasitəsilə bizi bir qarış belə təsir edə bilməyəcək və onlar Koreya Xalq Demokratik Respublikasına qarşı düşmən fəaliyyəti və inamsızlığını nə qədər artırsa, bizim cavabımız da bir o qədər sərt olacaq”.

ABŞ israr edir ki, danışıqlar Şimali Koreyanın nüvə proqramının qismən ləğvi müqabilində sanksiyaların aradan qaldırılması ilə bağlı tələbi səbəbilə nəticə verməyib.

Cənubi Koreya

Tramp-Kim sammiti nəticəsiz başa çatandan sonra Pxenyan şimal qonşusu ilə daha isti münasibət qurmaq və ABŞ-la Şimali Koreya danışıqlarında daha böyük rol oynamaq istəyən Cənubi Korera ilə danışıqların sürətini yavaşladıb.

Pxenyanın bəyanatı Tramp baş nazir Şinzo Abe ilə görüşmək üçün Yaponiyaya səfər etmədən bir neçə həftə öncə yayımlanıb. Həmin danışıqlarda Şimali Koreyanın nüvə məsələsinin gündəmdə olacağı gözlənilir.

XS
SM
MD
LG