Şimali Koreya sükutu pozub və Amerika və Yaponiyanın yüksək səviyyəli xarici siyasət və müdafiə rəsmiləriinn Çinin bölgədəki təcavüzkarlığını pislədiyi vaxt ABŞ-a qarşı yeni xəbərdarlıq ünvanlayıb.
Şimali Koreya lideri Kim Con Unun bacısı Kim Yo-Çen Cənubi Koreyada ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini tənqid edib.
Həm Vaşinqton, həm də Seula ünvanlanan bu açıqlamalar Bayden administrasiyasının təxminən iki ay bundan əvvəl hakimiyyətə gəlməsindən sorna verilən ilk rəsmi açıqlamadır.
Kimin çərşənbə axşamı Pxenyanın Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən səsləndirilən bəyanatında yeni administrasiyaya Üqarşıdakı dörd il ərzində rahat yatmaq” istəyirsə, “müharibə oyunları” keçirməməsi barədə xəbərdarlıq edilir.
Kim Seuldakı rəsmilərin bu ayın əvvəlində başlayan təlimləri keçirməsinin "nəticələri" ilə qarşılaşa biləcəyini deyib.
Hərbi rəsmilər illik manevrlərin bu il koronavirus pandemiyası səbəbiylə ixtisar edildiyini və əsasən kompüter simulyasiyasını əhatə etdiyini bildirib.
Kimin təhdidləri ABŞ Dövlət Katibi Entoni Blinken və Müdafiə Naziri Lloyd Ostinin çərşənbə axşamı Yaponiyanın Xarici İşlər Naziri Toşimitsu Moteqi və Müdafiə Naziri Nobuo Kişi ilə təhlükəsizliklə bağlı müzakirələr apardığı vaxta təsadüf edir.
Blinken bundan əvvəl ABŞ-ın bu yaxınlarda Pxenyanla əlaqə saxlamağa çalışdığını, ancaq cavab almadığını demişdi. Blinken və Ostin çərşənbə axşamı Seula gəliblər.
"Müxtəlif əlavə təzyiq tədbirlərinin təsirli olub-olmadığını, diplomatik yolların olub-olmadığını araşdırırıq" - deyə, Blinken bildirib.
Şimali Koreyanın yaratdığı təhdidlərin həm Vaşinqton, həm də Tokio üçün ümumi narahatlıq yaratdığına baxmayaraq, Çinin getdikcə daha iddialı mövqeyi çərşənbə axşamı Tokioda keçirilən təhlükəsizliklə bağlı ikitərəfli görüşün əsas mövzusu olub.