Accessibility links

Şimali Koreya "yeni silah sistemi"ni sınaqdan keçirir


Bəzi ekspertlər deyir ki, Şimali Koreyanın yeni raket sınaqları onların raketləri hələ atılmadan öncə vuracaq hücumlardan yan keçmək üçün nəzərdə tutulan yeni silah hazırladığını göstərir.

Şimali Koreyanın dövlət xəbər agentliyi bazar günü mövcud silah sistemlərindən fərqli “üstünlüklü taktiki xarakter daşıyan” yeni silah sisteminin sınaqdan keçirildiyini bildirib.

Bu bəyanat Şimali Koreya iki raketi sınaqdan keçirəndən bir gün sonra yayılıb. Cənubi Koreya rəsmiləri raketlərin qısamənzilli olduğunu bildirib.

Şimali Koreyanın sınaqlarının ABŞ-la nüvə proqramının məhdudlaşdırması ilə bağlı danışıqlara təsir göstərib-göstərməyəcəyi bəlli deyil.

XS
SM
MD
LG