Accessibility links

Şimali Koreya iki raket sınağı keçirib


Şimali Koreya havaya iki qısa-mənzilli balistik raket atıb.Bu barədə cümə axşamı Cənubi Koreya ordusunun sözçüsü xəbər verib. Bu, Pxenyanın son bir həftə ərzində keçirdiyi ikinci sınaqdır.

Cənubi Koreyanın birgə qərargahlar rəisinin açıqladığı bəyanatda bildirildiyinə görə, raketlərdən biri 420 kilometr, digəri isə 270 kilometr məsafə qət edib. Bəyanatda həmçinin raketlərin ölkənin şimal-qərbindəki Sino-ri şəhərindən şərq istimaqətinə atıldığı qeyd edilib.

Stateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Paralelin o Tərəfində proqramına əsasən, Sino-ridə Nodonq adlı orta-mənzilli balistik raketin olduğu hərbi baza yerləşir.

Sino-ri raket bazası, Şimali Koreya
Sino-ri raket bazası, Şimali Koreya

Cənubi Koreyanın prezident aparatı qısa-mənzilli raket sınağından narahat olduğunu bildirib və əlavə edib ki, bu Koreyalar arasında hərbi gərginliyin azalmasına yardım etmir.

Cənubi Koreya rəsmiləri Seulun əlavə raket sınaqlarının ola biləcəyini nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirib.

Ən son sınaqlar

Şimali Koreya şənbə günü başqa bir raket sınağı keçirib. Təhlilçilər onun qısa-mənzilli ballistik raket olduğunu söyləyir. Ondan öncə isə Kim 2017-ci ilin noyabr ayından bəri heç bir ballistik raket sınağı keçirməyib.

Ən son sınaq ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stefen Bieqanın Seulda Cənubi Koreya rəsmiləri ilə görüşdüyü zamana təsadüf edib.

Stefen Bieqan
Stefen Bieqan

Bu sınaqlar Şimali Koreya lideri Kim Conq Unla ABŞ prezidenti Donald Tramp arasında nüvə danışıqlarını daha da çətinləşdirir.

Ötən aprel ayında Kim nüvə və qitələrarası ballistik raket sınaqlarını dayandırdığını açıqlamışdı.

Onun öz-özünə tətbiq etdiyi bu moratorium heç bir zaman rəsmiləşdirilməsə də, Trampla Kim arasında iki sammitin keçirilməsini asanlaşdırıb.

Şimali Koreyanın dövlət mediası çərşənbə günü şənbə günü atılan raketin “müdafiə məqsədi daşıdığını və adi hərbi təlimin bir hissəsi” olduğunu bildirib.

Şənbə günü atılan raketin Rusiya silahına bənzər şəkildə hazırlanan qısamənzilli ballisitk raket olduğu təxmin edilir. Həmin sınaq zamanı Şimali Koreya bir neçə raketi də test edib.

Şimali Koreya lideri Kim Conq Un
Şimali Koreya lideri Kim Conq Un

Həmin sınaqdan sonra təhlilçilər deyib ki, onlar Şimali Koreyanın nüvə danışıqlarının dayandırılmasına dair məyusluğunu göstərmək məqsədilə daha çox silahı sınaqdan keçirəcəyini gözləyir.

Tramp bir il boyu Kimlə danışıqlarda irəliləyişlərin əldə olunduğunu deyirdi və sübut olaraq nüvə və raket sınaqlarının keçirilməməsini göstərirdi.

Tramp sınağa ehtiyatla cavab verib və Kimin hələ də razılıq əldə etməyə hazır olduğuna inandığını deyib.

Kim nüvə proqramını ləğv etmək üçün atdığı addımlar müqabilində ABŞ-ın sanksiyaları yüngülləşdirməsini istəyir. Tramp isə Kim bütün nüvə arsenalından imtina etməyə söz verməyənədək sanksiyaları yüngülləşdirməyəcəyini söyləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG