Accessibility links

Koreyalar münasibətləri yaxşılaşdırmaq üçün əlaqə bürosu açıb


Şimali və Cənubi Koreyalar cümə günü Şimali Koreyanın Kaesonq şəhərində əlaqə bürosu açıb. Onlar prezident Mun Cae-inin gələn həftə Pxenyana səfərindən öncə daha yaxın münasibət yaratmaq niyyətindədir.

Büronun açılışı Koreyaların bu il atdıqları bir neçə barışdırıcı addımlardan ən sonuncusudur.

Cənubi Koreyanın unifikasiya naziri deyib ki, büro “Koreyanın birgə rifahının beşiyi olacaq”.

Büro prezident Munun Şimali Koreya paytaxtına çərşənbə axşamı gözlənilən üçgünlük səfərindən bir neçə gün öncə açılıb. Bu, onun Kimlə bu ilə həyata keçirdiyi üçüncü sammit olacaq.

Bu həftənin əvvəli Cənubi Koreya lideri Seulda kabinet üzvlərinə deyib ki, Şimalı nüvə silahları proqramını ləğvinə inandırmaqda Vaşinqton aparıcı rol oynamalıdır.

Munun bəyanatı Ağ Ev Şimali Koreya lideri Kim Conq Unun Donald Trampa pozitiv məktub göndərərək, ikinci sammitlə bağlı müraciət etdiyini bildirməsindən bir gün sonraya təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın Baxmut şəhərinə iri hücumlarını dəf edib
please wait

No media source currently available

0:00 0:11:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG