Accessibility links

Şimali Koreyada seçkilər keçirilir


Şimali Koreyada seçki dairəsində növbə
Şimali Koreyada seçki dairəsində növbə

Şimai Koreyada 14-cü çağırış Ali Xalq Məclisinə seçkilər keçirilir. Bu, Kim Con Uu dövründə hakimiyyətin ali təmsilçilik orqanına keçirilən ikinci seçkilərdir. Bundan öncə, seçkilər 2014-cü ildə keçirilmişdi.

687 dairənin hər birində namizədlər alternativsizdir. Bütün namizədlər Vahid Demokratik Milli Cəbhənin siyahısı üzrə irəli sürülüblər. Bu siyasi qüvvədə iqtidarda olan Koreya Əmək Partiyası dominantlıq edir.

Koreya Xalq Demokratik Respublikasının qanunlarına görə, ölkənin 17 yaşına çatmış hər bir vətəndaşı səs vermək hüququna malikdir.

Səsvermədə iştirak edən insanlar seçki dairələrinə gələrək, yalnız bir insanın adı olan bülleteni seçki qutusuna atırlar. Seçicilər potensial olaraq pərdə arxasına keçərək, bülletendə qeyd olunan insana qarşı səs verə bilərlər. Lakin BBC-nin verdiyi məlumata görə, bu, hökumətin şübhələrinə səbəb ola bilər.

Seçki bülleteni
Seçki bülleteni

“Oturuşmuş institusional ətalət və hakimiyyətin legitimləşdirilməsi ehtiyacına görə, Pxenyan demokratik prosessləri stimulaşdırdırmaq istəyir. Şimali Koreya digər kommunist dövlətlərini imitasiya etməyə çalışır. Daha öncə kommunistlər inanırdılar ki, onlar dünyaya bərabəri olmayan demokratiya bəxş edirlər. Onlar seçkilərə ehtiyac duyurlar və bu hər zaman özünü legitimləşdirməyin vacib hissəsi olub.” – deyə Karneqi Mərkəzinin Koreya üzrə mütəxəssisi Andrey Lankov AlJazeera televiziyasına bildirib.

Seçki dairələrinin çıxışı yerləşdiyi küçələrdə rəqslər müşayiət edilən bayram ab-havası təşkil edilib.

Seçki məntəqəsinin qarşısında rəqslər
Seçki məntəqəsinin qarşısında rəqslər

Rəsmi məlumatlara görə, öncəki seçkilərdə ölkə üzrə seçicilərin 99.97 faizi iştirak edib. Kim Con Unun irəli sürüldüyü dairədə isə iştirak 100 faiz olub. Şərhçilər seçkilərin bu dəfə də eyni ssenari ilə gedəcəyini bildirirlər.

“Bütün seçicilər bir nəfər kimi xalq hakimiyyətinin və sosialist yurdun inkişafı üçün böyük qururla seçkilərdə iştirak edir.” – deyə Şimali Koreyanın rəsmi KCNA agentliyi bildirir.

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Con Un arasında bu yaxınlarda Hanoy şəhərində keçirilən nüvəsizləşdirmə danışıqları nəticəsiz başa çatdı. Xəbərlərə əsasən, bu hadisədən sonra Şimali Koreya ballistik raketin sınağına hazırlaşmağa başladı.

XS
SM
MD
LG