Accessibility links

Şimali koreyalılar ümidlərini itirmir


Şimali Koreyanı tərk edən bəziləri Vaşinqtonla Pxenyan arasında nüvəsizləşmə müzakirələrinin nəticə verəcəyini və beləliklə vətənlərində iqtisadi durumun normallaşacağına ümid bəsləyir.

Ötən şənbə günü 20 ilə 35 yaş arasında bir qrup gənc ölkədə üzləşdikləri daimi aclıq və repressiyaları müzakirə edib. Şimali Koreyanı tərk edənlər koreyalararası münasibətlərin normallaşacağına ümid edir. Bu fikirlər Seulda keçirilən ingilisdilli konfransda səslənib. Konfransı Şimali Koreyalı Qaçqınları Oxud adlı humanitar qrup təşkil edib.

Bu insanların bir çoxu vətənlərində ailələrin təqiblərə məruz qalmamaları üçün adlarını dəyişməli olub.

Onların özəl hekayələri BMT tərəfindən sənədləşdirilib. Sənədlərdə sistematik və geniş yayılmış insan haqları pozuntuları qeydə alınıb. Kim Con Un hökuməti qətllər, quldarlıq, işgəncə, zorlama və məcburu abortlara görə ittiham edilib.

Brayan adlı bir gənc valideynlərinin həbsindən sonra uşaq evinə göndərildiyini və gündə yalnız bir düyü peçenyası yediyini xatırlayır.

Culiya adlı digər bir qız hökumətin insanları ərzaqla təmin etməməsindən danışıb.

Konfrans iştirakçılarının əksəriyyəti daha çox daimi aclıqdan bəhs edib.

Dünya Ərzaq Təşkilatının təxminlərinə görə, Şimali Koreyada 10 milyon insan normal qidalanmır. Ölkənin kənd təsərrüfatı sektoru 25 milyonluq əhalinin qidalanması üçün lazım olan 7 milyon merik tonluq illik məhsul tədarükünü 30 faiz az istehsal edir.

Kim Con Un və onun ətrfaının zəngin həyat tərzinə sürərəkən, xalqın iztirab çəkməsinə baxmayaraq konfrans iştirakçıları barışıq səylərinə inanır.

“Həyatımın 15 ilini ac küçük kimi keçirdiyim üçün ona nifrət etməkdənsə, problemin həllinə çalışmalıyam” - deyə, Ceyms adlı gənc bildirib.

Donald Tramp cümə günü dövlət katibi Mayk Pompeonun Şimali Koreyaya planlaşdırılan səfərini təxirə salıb. O, bu qərarı Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində “lazımi proqresin əldə olunmaması” ilə izah edib.

Tvitterdə yazdığı mesajda Tramp deyib ki, Pompeonun səfəri ABŞ-ın Çinlə ticarət qarşdıruması həll edilənədək təxirə salınacaq. Tramp deyib ki, Çin Şimali Koreya məsələsində kömək etmir.

Ötən iyun ayıdna Şimali Koreya lideri Kim Conq Unla görüşən Tramp üçün bu, dramatikdir. Həmin görüş zamanı o, zirvə toplantısını “uğurlu” adlandırmış və Şimali Koreyadan qaynaqlanan nüvə təhlükəsinə son qoyulduğunu bildirmişdi.

Cənubi Koreya ABŞ-ın dövlət katibinin Şimali Koreyaya səfərinin təxirə salmasını qərarından məyus olduğunu bildirsə də, müttəfiqlərin nüvəsizləşdirmədə əhəmiyyətli tərəqqiyə nail olmasına çalışmasının vacib olduğunu deyib.

XS
SM
MD
LG