Accessibility links

Şimali Koreyanın nüvəsizləşdirilməsi 20 milyard dollara başa gələ bilər


Silahlara nəzarət üzrə ekspertlərin bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında iyunun 12-də Sinqapurda keçiriləcək sammitdə razılıq əldə edilsə, Şimali Koreyanın nüvə proqramına son qoyulması on ildən çox müddət apara və 20 milyard dollara başa gələ bilər.

“Ən ciddi iş hələ başlamayıb və bu, Birləşmiş Ştatlar, Cənubi Koreya, Yaponiya, Çin və Şimali Koreyadan daim enerji tələb edəcək. Bu da uzun mərhəhəli bir proses olacaq”, Vaşinqtonda Silahlara Nəzarət Assosiayasının ridktpru Deril Kimball bildirib.

Prezident Tramp Şimali Koreya lideri ilə zirvə görüşünün “olduqca müsbət nəticə verəcəyini” gözlədiyini bildirib. Lakin o həmçinin bildirib ki, bu, Şimali Koreyanın nüvəsizləşdirilməsi prosesinin miqyası və buun müqabilində sanksiyaların yüngülləşdirilməsinin, iqtisadi yardmıın və təhlükəsizlik qarantiyalarının spesifik detalları ilə bağlı fikir ayrılıqlarının həll edilməsi üçün bir başlanğıc olduğunu deyib.

ABŞ-ın müdafiə naziri Cim Mattis Sinqapurda Şanqri La təhlükəsizlik dialoqunda
ABŞ-ın müdafiə naziri Cim Mattis Sinqapurda Şanqri La təhlükəsizlik dialoqunda

ABŞ-ın müdafiə naziri Cim Mattis bildirib ki, Şimali Koreyaya qarşı beynəlxalq sanksiyalar yalnız Pxenyanın öz nüvə proqramını ləğv etmək üçün konkret addımlar atdığı zaman aradan qaldırılacaq.

Kim Conq Un hökumətində belə bir fikir mövcuddur ki, nüvəsizləşdirilmə prosesində ölçülər və güzəştlər qarşılışıqlı tərəfin addımları ilə müşayiət olmalıdır.

Şimali Koreyanın 20-dən 80-ə qədər nüvə başlığı, beynəlxalq ictimaiyyətə məlum və gizli tədqiqat mərkəzləri, mobil qurğulardan atıla biləcək minlərlə ballistik raketə malik olduğuna inanılır. Pxenyan son illər sualtı qayıqlarda mənzillənən raket sistemlərini sınaqdan keçirib.

Tədqiqatlara əsasən, Şimali Koreyanın nüvə arsenalı və nüvə obyektlərinin məhv edilməsi 5 milyard dollara başa gələ bilər. 1994-cü ildə Şimali Koreya ilə nüvə sazişinə əsasən ABŞ-ın verdiyi vədə görə iki yüngün su reaktorunun inşasına daha 5 milyard dollara ehtiyac ola bilər.

Daha 10 milyard dollar isə ölkə rəhbərliyinin nüvə silahından əl çəkməsini və 3 mindən 10 minə qədər nüvə obyektinin dinc fəaliyyətinə keçməsini stimullaşdırmaq üçün iqtisadi yardım məqsədilə lazım ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG