Accessibility links

Şimali Koreyanın yüksək səviyyəli rəsmisi Vaşinqtondadır


Şimali Koreyanın yüksək səviyyəli rəsmisi prezident Donald Tramp və Pxenyan lideri Kim Cong Unun nüvəsizləşdirmə mövzusunda gözlənilən zirvə görüşü ərəfəsində amerikalı həmkarı ilə danışıqlar üçün Vaşinqtondadır.

Kim Conq Unun sağ əli olan Kim En Çol cümə axşamı Vaşinqtona gəlib. Onun Donald Trampa Şimali Koreya liderinin daha bir məktubunu çatdırmamışdan öncə ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcəyi gözlənilir.

Kim və Tramp iyun ayında Sinqapurda baş tutan ilk zirvə görüşündə Pxenyanın nüvə proqramından imtina etməsini özündə ehtiva edən razılaşmaya imza atıb.

Lakin Şimali Koreyanın cüzi irəliləyişdən öncə ölkəyə qarşı tədbiq olunan iqtisadi sanksiyaların aradan qaldırılması və rəsmi Vaşinqtonun təktərəfli nüvəsizləşdirilmə tələbi danışıqların davam etdirilməsinə mane olub.

XS
SM
MD
LG