Accessibility links

Şimali Koreyanın yeni raket sınağına hazırlaşırdığı güman edilir


ABŞ-ın Milli İcitimai Radiosu (NPR) bildirir ki, bəzi göstəricilər Şimali Koreyanın raket sınağı hazırlığı həyata keçirdiyinə işarə edir. Media qurumunun məlumatına görə, peyk fotolarının təhlili Pxenyan yaxınlığındakı Sanumdonq sahəsinində yük maşınları, vaqonların və kranların olduğunu aşkar edib.

“Bütün məlumatları yan-yana qoyanda görünür ki, Şimali Koreya raket hazırlanması prosesindədir” – deyə Kaliforniyada yerləşən Monterey Beynəlxalq Tədqiqatlar İnstitutunun əməkdaşı Cefri Lyuis bildirir.

Lyuis ABŞ-a fəza və yer görüntülərini təqdim edən DigitalGlobe şirkətinin çəkdiyini fotoları təhlil edib.

Hadisələrin bu inkişafı ABŞ prezindenti Donald Trampın Şimali Koreyanın nüvə silahının sınağını bərpa edəcəyi halda məyus olacağını deməsindən sonraya təsadüf edir.

“Hal-hazırda heç bir sınaq yoxdur. Görək nə baş verir. Amma biz sınaqları görsək, çox məyus olacayıq” – ABŞ prezidenti bildirib.

Tramp və Şimali Koreya lideri Kim Con Un bu yaxınlarda Koreya yarımadasının nüvəsizləşdirilməsini müzakirə etmək üçün Vyetnamda zirvə toplantısı keçiriblər. Lakin görüş Şimali Koreyanın neçə sahəni qabadacağı mövzusunda fikir ayrılıqlarına görə yarımçıq kəsilib.

XS
SM
MD
LG