Accessibility links

Şimali və Cənubi Koreya dəmiryolu xətlərini birləşdirmək istəyir


İki Koreya dövlətinin yenidən bir araya gəlməsi ümidi ilə hazırlanan Yenidən Birləşmə Arkası. Pxenyan, Şimali Koreya
İki Koreya dövlətinin yenidən bir araya gəlməsi ümidi ilə hazırlanan Yenidən Birləşmə Arkası. Pxenyan, Şimali Koreya

Cənubi Koreya şənbə günü bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası iki Koreya dövlətini birləşdirən qatar yolunun Şimali Koreya hissəsində sorğuların keçiriləməsinə icazə verib.

Bu sorğular Cənubi Koreyanın Şimala yanacaq və qida növlərinin, o cümlədən şimal relslərinin yoxlanılması üçün vaqonların gətirilməsini nəzərdə tutur.

Şimali və Cənubi Koreya dövlətləri bu ilin sonuna qədər iki ölkənin dəmiryolu xətlərinin birləşdirilməsini nəzərdə tutan iddialı layihə ilə bağlı böyük mərasim keçirməyi planlaşdırır. Buna baxmayaraq, sorğuların keçirilməsi və mərasimdən əlavə, iki Koreya dövlətinin təşəbbüsündə ABŞ-ın sanksiyaları qaldırmayanadək heç bir irəliləyiş olmayacaq.

Şimali Koreyanın köhnəlmiş dəmiryolu xəttinin və yolların modernləşdirilməsi və Cənubi Koreya ilə birləşdirilməsi Şimali Koreya lideri Kim Con Un və Cənubi Koreya prezidenti Mun Cae-in arasında əldə edilmiş razılıqlardan biridir. İki lider bu il, Şimali Koreyanın nüvə proqramının sona qoyulması ilə bağlı beynəlxalq diplomatik səylərin həyata keçirildiyi zaman, üç dəfə görüşüblər.

Kim iyun ayında ABŞ prezidenti Donald Tramp ilə görüşüb. Sinqapurda Şimali Koreyanın nüvə proqramının ləğvinə həsr edilən zirvə toplantısından sonra Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı bəyanat verilib. Lakin həmin bəyanatda bunu necə həyata keçiriləcəyi ilə bağlı heç nə qeyd edilməyib.

XS
SM
MD
LG