Accessibility links

Şoumen qarşıdan gələn Ukrayna seçkilərinin favoritidir


Şoumen qarşıdan gələn Ukrayna seçkilərinin favoritidir
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Ukraynada prezident seçkilərinə bir neçə gün qalır. Seçkiöncəsi sorğuların qalibi şoumen və iş adamı Vladimir Zelenski olaraq qalır. Onun real olaraq hazırkı prezident Petro Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko kimi Ukrayna siyasətinin veteranları ilə seçkilərin ikinci turuna çıxmaq şansları var.

Ukrayna prezident seçkilərində 80 santimetr uzunluğunda seçki bülletenlərində 39 namizədin adı var. Bu, otuz ilə yaxındır müstəqil olan ölkədə rekord göstəcirilərdir.

80 santimetr uzunluğunda seçki bülletenlərində 39 namizədin adı var.

İctimai rəy sorğularına görə, reytinqlərdə birinci yerdə aktyor və biznesmen Vladimir Zelenski qalır. O, “Xalqın qulu” teleserialında prezident rolunu ifa etməklə məşhurlaşıb. Kiyev sakini Valentinin fikrincə, gəncliyi deyil, siyasi baxımdan püxtələşməməsi onun ən zəif nöqtəsidir.

“O bu vəzifə üçün heç hazır deyil. Hətta xalqın arasında da nədənsə başı çıxan adamlar var. Burada isə adamın bəlkə biznes, şo biznesdən başı çıxır, amma siyasətdən yox.”

Demokratik inqilabdan sonra hakimiyyətə gəlmiş Petro Poroşenko rəy sorğularında axsayır.
Demokratik inqilabdan sonra hakimiyyətə gəlmiş Petro Poroşenko rəy sorğularında axsayır.

Zelenskiyə dəstək 30 faizdən artıqdır. Onun əsas rəqibləri - hazırkı prezident Petro Poroşenko və keçmiş baş nazir, “Batkivşina” parityasının lideri Yuliya Timoşenkoya dəstək 16 faizdən artıqdır. Poroşenko və Timoşenko arasında cüzi fərq var. Kiyev sakini Yegeniya Şmelkova bu üç favoriti dəstəkləmir.

“Onlardan heç biri məni təmin etmir. O biri namizədlər isə mübarizə aparmır. Ona görə də biz tərəddüd içindəyik. Seçkiyə get, amma... Əlbəttə, getmək lazımdır, amma nəticəni əvvəlcədən gözləmək olmaz.”

Ukrayna prezident seçkilərində namizəd, keçmiş baş naziri Yuliya Timoşenkonun tərəfdarları onun seçki plakatları ilə
Ukrayna prezident seçkilərində namizəd, keçmiş baş naziri Yuliya Timoşenkonun tərəfdarları onun seçki plakatları ilə

Əgər səsvermə nəticəsində namizədlərdən heç biri qəti qələbə qazana bilməsə, aprelin 21-də ikinci tur keçiriləcək. Sosioloqların ilkin hesablamalarına görə, Zelenski ikinci turun iştirakçısı ola bilər və hətta Poroşenko, ya da Timoşenko ilə qalsa, üstünlük də əldə edə bilər. Politoloq Vladimir Fesenkonun fikrincə, hər bir halda sabitliyin saxlanması olduqca vacibdir. Belə ki, hətta bir çox seçicinin əleyihə olduğu hazırkı prezidentin qələbəsi də böhranla nəticələnə bilər.

Yeni statusa uyğunlaşmaq, dövlət maşınının necə idarə edilməsini başa düşmək lazım gələcək.

“Məsələn, əgər Zelenski qələbə çalsa, müəyyən mənada qarışıqlıq, müəyyən siyasi idarəçilik xaosu yarana bilər, çünki onun təcrübəsi və komandası yoxdur. Yeni statusa uyğunlaşmaq, dövlət maşınının necə idarə edilməsini başa düşmək lazım gələcək,” Fesenko deyir.

Kim qələbə çalacaqsa, şərqdə müharibə, Krım problemi, ağır iqtisadi durum və korrupsiya məsələlərini həll etməli olacaq.

Seçkilərdə digər 36 namizədə gəldikdə, təhlilçilərin fikrincə, onlar prezident vəzifəsi almaq deyil, daha çox payızda parlament seçkilərindən öncə tanınacaqlarına ümid edir.

XS
SM
MD
LG