Accessibility links

Şri Lankada kilsələr və otellərdə bomba hücumları 290 nəfərin ölümünə səbəb olub


Şri Lanka rəsmilərinin bildirdiyinə görə, Pasxa bayramı günü 290 nəfərin ölümü, 500 digərinin yaralanması ilə nəticələnən kilsələr və otellərə edilən hücumlar beynəlxalq şəbəkələrin köməyi ilə yerli militant qrup tərəfindən törədilib.

Ölkənin səhiyyə naziri Rajita Senaratne bazar ertəsi deyib ki, hücumlara Milli Thovfid Camaat təşkilatı məsuliyyət daşıyır. O əlavə edib ki, bu hücumun təşkil edilməsində beynəlxalq şəbəkənin köməyi olmadan hücum baş tutmazdı.

Rəsmilər bomba hücumlarından bəzilərinin intiharçı terror hücumu olduğunu dedikdən az sonra fövqəladə vəziyyət elan edərək, sosial media və xəbər saytlarına hadisələrlə bağlı xəbərlər çatdırılmaması barədə göstəriş verib.

Fövqəladə vəziyyətin nə vaxt götürüləcəyi məlum deyil.

Bomba hücumları 10 il bundan əvvəl vətəndaş müharibəsinin başa çatmasından sonra nisbi dincliyin müşahidə edildiyi ölkədə şok kimi qarşılanıb.

Rəsmilər hücumlarla əlaqədar yeddi nəfərin saxlandığını bildirib. Hücuma görə məsuliyyəti hələlik öz üzərinə götürən olmayıb.

Reuters xəbər agentliyinin Şri Lanka polis rəsmisinə istinadən bildirdiyinə görə, Katuvapitiya şəhərindəki Müqəddəs Sebastian qotik kilsəsində törədilən bir hücumlarda 50-dən çox insan ölüb. Rəsmi xəbər agentliyinə insan cəsədlərinin, qanlı oturacaqların və kilsənin uçmuş damının şəkillərini göstərib.

Media xəbərlərində 25 nəfərin ölümü ilə nəticələnən digər bomba hücumunun ölkənin şərqindəki Battikaloa kilsəsində törədildiyi bildirilib.

Bomba hücumlarının törədildiyi mehmanxanalar isə Şanqri La Kolombo, Kinqsbori-Kolombo və Sinnamon Qrand Kolombo mehmanxanalarıdır. Həmin otellərdə xəsarət alanların və ya ölənlərin olub-olmadığı məlum deyil.

Günortadan sonra polis daha iki partlayış barədə məlumat verib. Onlardan birinin Kolombo yaxınlığında, Dehivela heyvanxanasına yaxın mehmanxanada olduğu deyilib.

Rəsmilər hücumlar nəticəsində ölənlər və yaralananlar arasında Amerika və Britaniya vətəndaşları da daxil olmaqla, təxminən 30 xarici vətəndaşın olduğunu bildirib.

XS
SM
MD
LG