Accessibility links

Şri Lankada Pasxa terroru


Şri Lankada Pasxa terroru
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Şri Lankada Pasxa terroru

Dünya boyu insanlar Pasxa səhəri Şri Lankada azı 290 nəfərin həyatına son qoymuş və 500-ə yaxın insanın yaralandığı terror hücumlarını qınayır. Paytaxt Kolombo və Neqombo və Battikaloa şəhərlərində bir neçə kilsə və otellərdə bir sıra partlayışlar baş verib. Rəsmilər öldürülənlər arasında təxminən 30 xarici vətəndaşın olduğunu söyləyib.

Şri Lankada xristianların ən müqəddəs günlərinin biri Pasxa günü kilsələr və otellərdə səkkiz partlayış olub. Roma Papası Fransis Vatikanda Pasxa münasibətilə keçirilən dua mərasimində hücum qurbanlarının ailələrinə başsağlığı bildirib.

"Faciəvi şəkildə öldürülənlərin hamısını Tanrıya əmanət edirəm və yaralananlar və bu hadisədən əziyyət çəkənlər üçün dua edirəm," Roma Papası Fransis deyib.

ABŞ prezidenti Donald Tramp Pasxa səhəri hadisə ilə bağlı tvit edən siyasi liderlərin sırasında olub. Kolombo rəsmiləri komendant saatı elan edib və "istintaq müddətinə" sosial medianı bağlayıb.

"Bu hadisədə iştirak edən hər kəsin həbsini əmr etdik və bütün səlahiyyətləri məsul olan orqanlara verdik. Bu cür hadisəyə dözə bilmərik," Şri Lankanın baş naziri Ranil Vikremesinge deyib.

Hücüma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Lakin Şri-Lankanın müdafiə nazirliyindən verilən məlumata görə, hücum edən şəxslərin dini ekstremistlər və tək bir qrup üzvləri olduğu müəyyənləşdiriib. Səlahiyyətli şəxslər səhər saatlarında baş verən partlayışların əksəriyyətinin intihar hücümları nəticəsində olduğunu bildirib. Hücumlardan sonra səkkiz nəfər həbs olunub, lakin başqalarının axtarışına davam edir.

"Hal-hazırda Cinayət Tədqiqat İdarəsi, polis və hərbi qüvvələr bütün araşdırmaları aparırlar. İnanırıq ki, bu terror hadisəsini törədənlər ən qısa müddətdə nəzarətə götürəcəklər. Onlar müəyyən ediləcək, hakimiyyət orqanları zəruri istintaqı aparırlar və günahkar mümkün qədər tez nəzarətə alınacaqlar," Şri Lankanın Müdafiə naziri Ruvan Vijevardene deyib.

On il əvvəl Şri Lankadakı vətəndaş müharibəsi bitəndən sonra bu Cənubi Asiya ölkəsinə hücumlardan ən şiddətlisidir.

"30 illik vətəndaş müharibəsi dövründə Kolombo şəhərində çox sayda partlayış olub. Hava limanı, mərkəzi bank və bu kimi yerlərin partladılmasına öyrəşmişik. Ancaq 10 il sülhdən sonra biz sülhə alışdıq," Kolombo sakini Mangala Karunaratne deyir.

Bazar günü baş verən hücumlardan sonra Şri-Lankanın beynəlxalq hava limanında və bir çox yerlərdə təhlükəsizlik artırılıb.

XS
SM
MD
LG